backend

Sabunçu şefi referendumun “qara dairə”sində - Rəsmi

Sabunçu şefi referendumun “qara dairə”sində - Rəsmi















Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, referendumda ən passiv 26 saylı Sabunçu I seçki dairəsi olub

Politika.Az-a daxil olan məlumata görə, bu məsələ yuxarı dairələrin diqqət mərkəzindədir.

Referendum ərəfəsində təbliğat işini yaxşı təşkil etməyən və əhali ilə sıx təmas qurmayan icra strukturları cəzalandırıla bilər.

Sabunçunun icra başçısı Adil Vəliyev və ətrafının passiv fəaliyyəti nəticəsində sözügedən dairə qara siyahıya düşüb.

İcra başçısının rəhbəri olduğu rayonun seçki dairəsi MSK-nın ən narazı qaldığı sırada yer alıbsa, A.Vəliyevin karyerasına və reputasiyasına heç də xal gətirən hal deyil.

Eyni zamanda bu dairədən deputat olan Fazil Mustafa üçün də ürəkaçan vəziyyət deyil. Səfəvilər tarixinə, toy-yas məclislərinin təşkili mövzularına başı qarışmış millət vəkili referendumla bağlı fəallıq nümayiş etdirmədi.

Amma əsas diqqət Sabunçunun icra başçısına yönələ bilər. Çünki olduqca həssas bir dövrdə və mühüm bir səsvermədə adı qara dairəyə düşən A.Vəliyev indi dairədən çıxmağın yollarını fikirləşməli olacaq.