backend

Zərərçəkmiş şəxs ifadə verməkdən imtina edib - Akif Çovdarovun məhkəməsi

Zərərçəkmiş şəxs ifadə verməkdən imtina edib - Akif Çovdarovun məhkəməsi














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İ.Qasımov özünü təqsirli bilmədiyini deyib. O, ifadə verməkdən imtina edib.

Daha sonra zərərçəkmiş şəxs qismində Mehriban Hüseynova dindirilib. Onun sözlərinə görə, qiyməti 72 min manat dəyərində olan evi almaq üçün təqsirləndirilən şəxsə 53 min manat pul ödəyib: "Bir müddət sonra "Real" MTK-nın vəziyyətinin yaxşı olmadığını gördüm. Fikirimi dəyişib evi satmaq istədim. Bunu İlham Qasımova dedim. O, da evi başqasına satdı. Əvvəl evimin pulunu ala bilmədim. Bir müddət sonra pulumu geri aldım. Hər hansı şikayətim yoxdur".

Zərərşəkmiş Sahib Muradov dindirilərkən bildirib ki, ev almaq üçün 76 min manat pul verib: "Sonradan evim İlham Qasımov tərəfindən satıldı. O, pulumu vermədi. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm".

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.

O, 13 milyon manat pulu dələduzluq etməkdə təqsirli bilinir.

Xatırladaq ki, E.Məmmədovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.