backend

Çovdarovun adı keçən məhkəmədə: "10 milyon dollara ev tikməliydik"

Çovdarovun adı keçən məhkəmədə: "10 milyon dollara ev tikməliydik"











Həbsdə olan general Akif Çovdarovun zərərçəkəni, hazırda dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Gülağa Qəmbərov ifadə verib. O, ifadəsində 19,5 milyon dollar pulu İ.Qasımova verdiyini deyib: "İş qurmaq üçün həmin pulu ona verdim. Biz 10 milyon dollar pula ev tikməliydik. 5 milyon dolları isə işlər tamamlanmalı idi. Lakin işlər alınmadı. Sonra hüquq-mühafizə orqanına müraciət elədim".

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.