backend

Neftçalada ər arvadının ürəyinə bıçaq sapladı - 3 uşaq qaldı...

Neftçalada ər arvadının ürəyinə bıçaq sapladı - 3 uşaq qaldı...

Bu gecə Neftçala rayonunda ər arvadını qətlə yetirib.

APA-nın məlumatına görə, Neftçala rayonunun Birinci Qaralı kənd sakini, 1978-ci il təvəllüdlü Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib.

A.Qafarova 3 uşaq anasıdır. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.