backend

“Twitter”i kim xilas edəcək?

“Twitter”i kim xilas edəcək?












Həftənin əvvəlindən “Twitter”in səhmləri 15% azalıb.

Şirkətin səhmləri “Google” da daxil olmaqla bir çox şirkətlərin “Twitter”ə yeni təkliflə çıxış edəcəyinə dair xəbərlər ilə bahalaşıb. Amma bu dəfə isə həmin şirkətlərin “Twitter”ə olan marağının azalması səbəbi ilə şirkətin səhmləri ucuzlaşır.

Daha öncə şirkətin səhmlərini almağı iddia edən “Google”, “Salesforce.com”, “Walt Disney” “Twitter” təklif verməkdən imtina edib.

Sentyabrda şirkət satış işləri ilə əlaqədar “Goldman Sachs”la razılığa gəlmişdi. Ancaq son geri çəkilmə xəbərlərindən sonra bu razılığın nə ilə nəticələnəcəyi maraq doğurur. “Marketwatch”un xəbərinə görə, şirkətin üzərindəki “qara buludlar”ı yox edə biləcək “Wall Street” kimi bir investor şirkət ola bilər.

Bronte Capitaldan Con Hemptona görə, bu ad məşhur investor Karl Aykan ola bilər. “Twitter”in maliyyə motivasiyası olan bir alıcıya ehtiyac duyduqlarını deyən analitik, strateji alıcıların şirkət ilə razılığa soyuq yanaşmasının təbii bir hal olduğunu deyib.

“Xərclərin yarım milyard dollar azaldılması lazımdır. Bu da insanları işdən çıxarmaq və lazım olan zamanda pislik etməyi labüd edir” - deyən Hempton şirkətin belə bir “Wall Street” investoruna ehtiyac duyduqlarını xatırladıb.

O, həmçinin şirkətin mövcud bazar dəyərinin azalmasının investorlar üçün uyğun bir fürsət olduqlarını da qeyd edib.