backend

İlham Əliyev: “Əsas diqqət sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına yönəlib”

İlham Əliyev: “Əsas diqqət sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına yönəlib”


















Ağstafada yeni sənaye kompleksinin işə düşməsi əlamətdar hadisədir. Bu sənaye kompleksinin yeni iş yerlərinin yaradılması, həmçinin daxili bazarın istehsal mallarına olan tələbatının ödənilməsi və ixrac yönümlü məhsulların artırılması baxımından mühüm rolu var.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı belə sənaye müəssisənin regionda açılması təşəbbüsünü yüksək qiymətləndirib. Prezident İlham Əliyev ölkədə sahibkarlar üçün yaradılan şəraitin qeyri-neft sektorunun inkişafına təsirindən, rəqabət qabiliyyətli məhsulların istehsalının artırılmasındakı rolundan danışıb. Eyni zamanda o, Ağstafada əhalinin sosial problemləri, o cümlədən su, qaz, elektrik enerjisi ilə təchizatı məsələlərinin həllinə toxunub: “Kənd yollarının yenidən qurulması uğurla davam etdirilir. İndi əsas diqqət sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına yönəlib. Bu sahədə regionlarda görülən işlər mühüm önəm daşıyır”.