backend

Prezidentin keçirdiyi konfransda Dövlət Gömrük Komitəsinə ittiham

Prezidentin keçirdiyi konfransda Dövlət Gömrük Komitəsinə ittiham










"Dünya bazarında fındıq ucuzlaşsa da, Azərbaycanda qiyməti aşağı salmaq mümkün deyil"

"Report" xəbər verir ki, bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Fındıq Assosiasiyasının sədri İsmayıl Umudov deyib.

O, Dövlət Gömrük Komitəsini (DGK) sahibkarları ölkəyə gətirdikləri fındığı yüksək qiymətə rəsmiləşdirməyə məcbur etməkdə ittiham edib: "Bu gün bazarda fındığın hər kiloqramı 7 dollardır, amma DGK bizi məcbur edir ki, biz onu 8 dollara rəsmiləşdirək. Axı, qiyməti dünya bazarı müəyyən edir. Xaricdə fındıq ucuzlaşsa da, bizdə buna nail olmaq mümkün deyil".