backend

"Heç bir məmurun oğlu bilmir ki, Qarabağ harda yerləşir" - Partiya sədrindən ittiham

"Heç bir məmurun oğlu bilmir ki, Qarabağ harda yerləşir" - Partiya sədrindən ittiham

















"Həmişə çirkli adamlar tora düşür, təmiz adamlar yox. Ölkənin sərvətlərini talayan indiki 50-60 nazir qorxusundan hələ də agentura şəbəkələrinə işləyirlər”

Bu sözləri sfera.az-a danışarkən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevdeyib.

Onun sözlərinə görə, Prezident dəfələrlə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş versə də, məmur özbaşınalığı hələ də hökm sürür:

"Məmur kürsüsündə əyləşib ölkəni talan edənlərin hamısının aqibəti Eldar Mahmudov və Ziya Məmmədov kimi olacaq. Ziya Məmmədov da deyirdi, "heç kim mənə heç nə edə bilməz”. Ziya Məmmədov bilmirdi ki, oğlu Anar qaynı ilə Londonda birləşib ölkədən qovulmuş insanlara qoşulub Azərbaycanın əksinə işlər görəndə axırı belə olacaq?! Təyyarə, dövlətin hesabına tikdirdiyi hotellər və maşınları əlindən alınacaq?! Söhbət tək Ziya və ya Eldarla bitmir. Bu günnlərdə Ziyanın qudası Heydər Əsədovun oğlunun xarici ölkələrin birində maşınla avtoşluq etməsini çəkib bizə göndərdilər. Bizdə lazımı yerlərə göndərdik.

Bunlardan əlavə, Səlim Müslümov özü təqadüçülərin təqaüdünü vermir, 750 manat maaşla Binəqədi rayon ərazisində Zeytunluqda beşmərtəbəli villa tikdirib. Qohumlarının biri Bakıda, biri də Ağsuda aztəminatlı ailələri dövlət başçısının üzərinə qaldırmaqla məşğuldurlar. Hakimiyyətdə iki, üç naziri çıxmaq şərtilə, hamısı mənim qardaşıma xəyanət edir və cavablarını da alacaqlar”.

Hafiz Hacıyev bildirdi ki, heç bir məmurun oğlu silah götürüb orduda xidmət etmir:

"Heç birisinin! Heç Qarabağ hansı ərazidə yerləşir, haradır, onu da bilmirlər. Tanıdıqları yer Dubay, London, digər xarici ölkələrdir. Azərbaycanı talayıb, xarici ölkələrdə yeyib-içməyə və eyş-işrət həyatına sərf edirlər. Bundan başqa, icra başçıları var ki, oğlanları sistemdə işləyir, ancaq qanunu bilmirlər. Günləri də əyləncələrdə keçir.

Mən imkan vermərəm ki, dədəm Heydər Əliyevin və qardaşım İlham Əliyevin çörəyini yeyib onlara qarşı çıxsınlar. Dədəm bilirdi çörək verdikləri ona xəyanət edir. Hələ o vaxt biz Moskvada olanda özü mənə demişdi ki, "vəzifəyə qoyduqlarımın hamsından bir-bir xəyanət görürəm”. Bu gün də qardaşıma qarşı böyük xəyanətlər var”.