backend

ŞOK MÜSAHİBƏ!!! “Prezident iki düşərgədən birini seçməlidir: YA AMERİKA, YA RUSİYA...”- Analitik

ŞOK MÜSAHİBƏ!!! “Prezident iki düşərgədən birini seçməlidir: YA AMERİKA, YA RUSİYA...”- Analitik

“Bu məsələdə İlham Əliyevə yalnız birinci Vitse-prezident Mehriban Əliyeva dayaq ola bilər…”


Tanınmış siyasi analitik Tahir Cəfərli ilə bu dəfəki söhbətimizdə dünyanın, demək olar ki, “ikinci soyuq müharibə” dönəmini yaşadığı və yenidən Amerika- Rusiya düşərgələrinə bölündüyü bir vaxtda Azərbaycanın hansı geosiyasi mövqeni seçəcəyi ilə bağlı fikir mübadiləsi apardıq.


-Tahir müəllim, bir-neçə həftə öncə Moderator.az -ın rus versiyasında sizin “Əgər ikinci soyuq müharibə başlayarsa” adlı müsahibənizi dərc etmişdik. Həmin müsahibədə ABŞ-ın Rusiyaya qarşı növbəti daha sərt sanksiyalar qəbul etməsi və D.Trampın mövqeyindən söz açmış, artıq “İkinci soyuq müharibənin” başlandığını demişdiniz. İndi bu haqda Avropa, Rusiya və s. ölkələrin KİV-ləri açıq yazmaqdadır. Dünya faktiki olaraq iki düşərgəyə bölünməkdədir. Sizcə, bu bölünmənin mahiyyəti nədən ibarətdir?

-Hər bir siyasətin öz mahiyyəti var. İndiyədək yeganə fövqəldövlətin, yəni ABŞ-ın, birdən-birə “idarə olunan xaos” siyasətindən əl çəkərək proteksionizmə qayıtması onu deməyə əsas verir ki, bu ölkə dünyada öz mövqeyini saxlamaq üçün daha ciddi addımlara əl atacaq. Əgər Ağ Ev “idarə olunan xaos” nəticəsində Şimalı Afrika, İraq, Suriya, Əfqanıstan və sonda Ukraynanı viran qoydusa, elə həmin dağıntılar nəticəsində əmələ gəlmiş qaçqın kütləsi ABŞ-a müttəfiq olan Avropa Birliyinin özünü xaosa qərq etdi. Aydın oldu ki, bu siyasət ABŞ-ın müttəfiqlərini ciddi böhran qarşısında qoyur. Digər tərəfdən, Rusiyaya qarşı Amerika sanksiyaları da son nəticədə Avropa ölkələrə elə iqtisadi zərbə vurdu ki, hələ indiyədək özlərini düzəldə bilmirlər. Rusiya isə əksinə, daha da gücləndi və güclənməkdədir...
Ümumiyyətlə, “idarə olunan xaosun” ABŞ-n özünə vurduğu ziyanı da təhlil etsək, son nəticədə belə siyasətin onun öz başında çatlayacağını görərik...

-Belə çıxır ki, Prezident Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalara qol atanda Avropa Birliyi və başqa ölkələrin maraqlarını nəzərə almayıb?

-Elədir ki, var. Bundan əlavə, Tramp ona müttəfiq olan ölkələr qarşısında ABŞ-ın fövqəlsiyasətinə uyğun hərəkət etmələri, konkret olaraq anti-Rusiya siyasətinə keçmələrini və bu ölkə ilə iqtisadi əlaqələrini kəsmələri tələbini qoyub. Və məcburiyyət qarşısında qalan həmin ölkələr buna gedirlər...

Eyni zamanda Rusiyaya ilə baş-başa gələn ABŞ prezidenti oan müttəfiq ölkələri təhlükə qarşısında qoydu. Bu nə deməkdir? Əgər Rusiya ilə qarşıdurma hərbi müstəviyə keçsə, ilk zərbəni Avropa Birliyi ölkələri alacaq. Daha düzünü desək, NATO ölkələri. Odur ki, bu ölkələr məcbur olub, yenidən silahlanmağa başlayacaqlar, yəni ABŞ-dan yüksək texnologiyalı və güclü silahlar alacaqlar. Bu da öncəki müsahibələrimizdə dediyimiz kimi, Amerikanın Hərbi Sənaye Kompleksini və son nəticədə iqtisadiyyatını daha da gücləndirəcək...

-Trampın son sanksiyalarında Rusiyadan başqa İrana da qarşı ciddi tədbirlər nəzərdə tutulub. İran da Rusiya kimi bizim qonşumuzdur. Aydındır ki, İrana təzyiq həyata keçirilərsə, bu və ya digər formada Azərbaycana təsirsiz ötüşməyəcək. Axı İran Azərbaycanla həmsərhəddir və bu sərhəd Azərbaycanın iqtisadi əlaqələri üçün böyük tranzit rolunu oynayır. Əgər Tramp Rusiya və İranla paralel Azərbaycana da təzyiq etsə, ölkənin iqtisadiyyatı daha da böhranlı vəziyyətə düşə bilərmi?

-Əlbəttə ki, hər şey gözləmək mümkündür. Odur ki, ətrafımızda geosiyasi və iqtisadi-siyasi vəziyyətin necə gərgin olduğunu nəzərdən qaçırmamalıyıq. Ölkəmizin bundan sonra balanslaşmış siyasət yeritməyə daha imkanı qalmır. Və belə olduqda biz öz seçimimizi etməliyik. İndi anlayırsızmı ki, niyə “Əgər ikinci soyuq müharibə başlayarsa” məqaləsində Azərbaycanın vəziyyətini “Arşın mal alan”dakı tacir Əsgərin vəziyyəti ilə müqayisə etmişik? Biri deyir oxu, biri deyir oxuma!..

Bizə bu saat iki ölkənin ciddi təzyiqi mövcuddur- Rusiya və ABŞ: biri deyir oxu, biri deyir oxuma... Hərəsi bizi öz düşərgəsinə çəkir. Biz bunlardan birini seçməliyik. Başqa yolumuz yoxdur. Hazırda Azərbaycan Prezidenti taleyüklü seçim qarşısındadır. İki cəbhədən birini seçməlidir. Başqa yolu yoxdur...

-Bəs bu seçim nə ilə nəticələnə bilər?

-Biz tərəfdən seçilməmiş fövqəldüşərgənin təzyiqləri ilə... Əgər seçilən Rusiya düşərgəsi olsa, ABŞ, Amerika düşərgəsi olsa, Rusiyanın... Hələ üç il bundan əvvəl “Nezavisimaya qazeta”da dərc olunmuş məqaləmdə bunu demişdim. Seçimindən asılı olmayaraq Azərbaycan Prezidentinə qarşı ciddi təzyiq gözlənilir. Məsələn, konkret ABŞ tərəfindən növbəti devalvasiya təzyiqi...

-Bəs Rusiyadan?

Rusiyadan təzyiq ötən ilin aprelində oldu. Qarabağda Azərbaycan öz torpaqlarını azad edəndə. Əgər biz Qarabağda irəliləməyi dayandırmasaydıq, rus qoşunları Dağıstandan Azərbaycana girəcəkdilər...

-Hansı qanuni əsasla?

-12 oktyabr 1992-ci il tarixli “Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq ” sazişi əsasında. Həmin sazişə qol atan AXC liderləri bununla Azərbaycan xalqına qarşı ən böyük düşmənçilik ediblər. Bu sazişin bir maddəsində deyilir ki, Azərbaycanda və Rusiyada siyasi vəziyyət gərginləşərsə, yüksək tərəflər bir-birinin köməyinə gəlməlidirlər. Digər maddədə kömək vasitələrindən yazırlar: iqtisadi, maliyyə, siyasi və hərbi. Təsəvvür edin ki, Moskvada mitinq gedir, bizim şanlı ordumuz Rusiyaya girir. Ona görə Pənah adlı bir fərd AZ Tv-dən bəyan edirdi ki, Azərbaycan xalqının 95%-i bizə qarşı getsə də, bizi yıxa bilməz. İndiyə qədər bu fərdlər özlərini Azərbaycan xalqına “müxalifət” kimi sırıyıb ortadan çıxmırlar. Bununla belə, arxalarının hara bağlı olduğunu da millət çox yaxşı bilir.

Sözügedən saziş Rusiya rəhbərlərinə icazə verir ki, istədikləri vaxt Azərbaycana girsinlər. Belə vəziyyətdə İlham Əliyev hakimiyyətini qorumaq üçün xalqa daha yaxın olmalıdır ki, stabillik pozulmasın. Prezident ilk növbədə satqın və cinayətkar məmurlardan uzaqlaşmalıdır.

Və İlham Əliyevə bu işdə yalnız birinci xanım və birinci Vitse-prezident Mehriban xanım Əliyeva dayaq ola bilər. Çünki hazırda o, Prezidentlə yanaşı, xalq arasında ən yüksək reytinqə malik olan siyasi şəxsiyyətdir...

-Təsəvvür edək ki, seçilməyən Amerika düşərgəsidir- Ağ Evin mövqeyi necə olacaq?

-Azərbaycan Rusiya düşərgəsini seçsə, bizə qarşı ABŞ-ın sanksiyaları və İran kimi Azərbaycanın xaricdə olan bank hesablarını dondurulması labüddür. Odur ki, bu saat Azərbaycan od və su arasında qalıb...

-Siz necə düşünürsüz, hansı düşərgədə olmalıyıq?

-Bu seçimi etmək səlahiyyəti Prezidentimizə verilib və hər şey onun seçimindən asılıdır. Aydındır ki, Azərbaycanda fikir ayrılığı mövcuddur. Bu isə demokratiyanın ən düzgün göstəriciləridir. Biz müəyyən mənada təhlilimizlə hansı seçimin düzgün olduğunu göstəririk...

-Sizin təhlillər hansı düşərgəni göstərir?

-Hər şeydən əvvəl, Azərbaycanın iqtisadi və siyasi maraqlarına uyğun düşərgəni. İslamda –dinimizdə deyilir ki, iki şər arasında qalanda daha az ziyanlısını seçmək lazımdır. Ruslar da deyir ki, “iz dvux zol, vıbirayut naimenşeye”...

Bu məntiqlə düşünəndə mənə elə gəlir ki, biz Rusiyanı seçməliyik. Hesab edirəm ki, bu optimal seçimdir. Çünki 3 milyona yaxın Azərbaycanlı Rusiyadadır və Azərbaycan xalqının böyük bir hissəsi onların sayəsində yaşayır. Bundan əlavə, Qarabağın açarı da Rusiyanın əlindədir. Rusiyadan başqa bunu bir ölkə etməyəcək. Bir faktı inkar etməməliyik: Qərbdən fərqli olaraq Rusiya Qarabağı ancaq Azərbaycanın tərkibində tanıyır...

-Tahir müəllim, axı o da var ki, Rusiya 2 əsrə yaxın, həm Çar Rusiyası, həm də SSRİ dönəmində Azərbaycanı əsarətdə saxlayıb, onun torpaqlarının Güneyə- Quzeyə və s. bölünüb parçalanmasına səbəb olub. Erməniləri ordan-burdan Qarabağa və s. köçürdən də və bununla Qarabağ probleminin əsasını qoyan da Rusiya imperiyası olub. Moskva 1918-1920-ci illərdə Zəngəzurun, Göyçənin ermənilərə verilməsinə şərait yaradıb. 1930-cu illərdə on minlərlə say-seçmə oğul-qızımız repressiyaya, güllələnməyə sürgünlərə məruz qalıb. 1948-1952-ci illərdə yüz minlərlə soydaşımız “Ermənistan” adlanmış doğma torpaqlarımızdan sürgün edilib. Düzdü, 1960-1970-ci illərdə nisbətən sabitlik, inkişaf yaransa da, 1988-1990-cı illərdə yenidən Kremlin Azərbaycana qarşı qıcanmış dişləri görsənib: 20 Yanvar faciəsi, Xocalı soyqırımında Rusiyanın 366-cı alayının ermənilərə yardımı, Şuşa, Laçın və s. Siz təklif edirsiz ki, bütün bunları unudub yenidən Rusiyanın qucağına atılaq? Bəs onda müstəqillik uğrunda mübarizə-filan, tökülən qanlar kimə lazımdı?

(Davamı var)

Sultan Laçın