backend

Vəsiqə, diplom itirənlərin nəzərinə! — 478 itmiş sənəd tapıldı

Vəsiqə, diplom itirənlərin nəzərinə! — 478 itmiş sənəd tapıldı













"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 478 itmiş sənəd qeydə alınıb.

Trend xəbər verir ki, bu sənədlərdən 155-i sahiblərinə qaytarılıb. Tapılan sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 12-si isə "Azərpoçt"un filiallarında qalmaqdadır. MMC-dən onu da bildiriblər ki, tapılan sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olub. Qeyd edək ki, "Poçtap" servisi 2017-ci ilin fevralında Bakı Baş Polis İdarəsi, "Bakımetropoliten" QSC, "Təmiz Şəhər" ASC ilə birgə işə salınıb. İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qalır, daha sonra bu sənədlər müvafiq strukturlarla göndərilir.