8 Noyabr Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin qüdrətinin və Ordumuzun qəhrəmanlığının təcəssüm etdiyi, tariximizə qızıl hərflərlə yazılmış şanlı Zəfər Günüdür.
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik rəhbərliyi, rəşadətli Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində tarixi ədalət bərpa edildi, torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Bu möhtəşəm Qələbə xalqımızın milli ruhunun, dövlətçilik əzminin və Heydər Əliyevin siyasi kursunun və Azərbaycançılıq ideologiyasının tarixi təntənəsidir.
Bu şanlı Zəfərin qazanılması naminə canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirir və möhkəm cansağlığı arzulayıram.
Zəfər Bayramınızı təbrik edirəm!
Azay Quliyev
Milli Məclisin deputatı