DataLife Engine / Pərvin Kərimzadə Gəncədə vətəndaşlarla görüşüb – FOTO

Pərvin Kərimzadə Gəncədə vətəndaşlarla görüşüb – FOTO

Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşünü keçirib.

Qaynarxett.az xəbər verir ki, noyabr ayı çərçivəsində təşkil olunan qəbul zamanı deputat vətəndaşlarla fərdi qaydada görüşərək onların müraciət və təkliflərini dinləyib, qarşılaşdıqları problemlərlə maraqlanıb.

Vətəndaşların müraciətləri diqqətlə qeydə alınıb, qaldırılan məsələlərin həlli məqsədilə müvafiq dövlət qurumlarına yönləndirilməsi üçün nəzarətə götürülüb.

Bu gün, 02:00
Вернуться назад