backend

Prezidentin xəbərdarlığı kimlərin “kürkünə birə saldı”? - Siyahı

Prezidentin xəbərdarlığı kimlərin “kürkünə birə saldı”? - Siyahı















“Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.

Politika.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Ağstafada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı deyib ki, indi fermer olmaq yenə də şərəfli işə çevrilir. Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar.

İ.Əliyevin Ağstafadan verdiyi bəyanat artıq bir çox məmurların “kürkünə birə salıb”. Əsasən də son zamanlar sahibkarların fəaliyyətinə əngəl yaradan icra hakimləri təşvişə düşüb.

Onlar dərhal mətbuatda gedən yazıları ört-basdır etməyə başlayıblar. Çünki elektron mediada bir sıra rayon rəhbərlərinin fəaliyyətindən narazılıqlar yer alıb.
Ölkə rəhbərliyi sahibkarları sıxışdıran və incidən icra hakimlərinin siyahısını hazırlayır. Bu dosye üzrə statistika tərtib olunacaq və iş adamlarına divan tutan icra başçıları cəzalandırılacaq.

Artıq dövlət başçısı da çıxışında bunu açıq şəkildə bəyan edib. Sahibkarlarla fəaliyyətinə görə icra başçılarına qiymət veriləcək.

Politika.Az-ın əldə etdiyi məlumata görə, son dövrlər Bakının Yasamal, Binəqədi, Sabunçu rayon icra başçılarından şikayətlər artmaqdadır.

Bu faktı təsbit etmək üçün internet mediasında axtarış vermək də kifayətdir. Habelə, Gəncə, Göyçay, Daşkəsən, Şəmkir, Gədəbəy, Bərdə, Şəki, Lerik, Astara, Masallı, Zərdab və digər regionlardan narazılıqlar dolu məktublar daxil olmaqdadır.

Ötən ilin sonlarından etibarən hakimiyyət dairələrinin təkcə mərkəzdə deyil, əyalətlərdə də bəzi kadr dəyişiklikləri edəcəyinə dair məlumatlar vardı.
Həmin məlumatlarda vurğulanırdı ki, bu dəyişikliklər əsasən icra başçılarını əhatə edəcək. Artıq proses başlayıb.

Adlarını sadaladığımız icra başçıları ölkə rəhbərliyinin etimadını doğruldub xalqın güzəranını dirçəltmək, sahibkarlara fəaliyyət göstərmələri üçün şərait yaratmaq əvəzinə rayonlarda sosial-iqtisadi durumu ağırlaşdırıblar. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait ən müxtəlif maxinasiyalarla mənimsənilib, başçıların şəxsi biznesinə yatırılıb.