backend

Nazirlər Kabinetindən daha bir qərar - Bələdiyyələr istiqraz buraxacaq

Nazirlər Kabinetindən daha bir qərar - Bələdiyyələr istiqraz buraxacaq















Azərbaycanda bələdiyyələrin istiqraz buraxmasına dair prosedur müəyyənləşib

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları”nda əksini tapıb. Bir təqvim ili ərzində buraxılacaq dövlət istiqrazlarının buraxılışlarının məcmusu və bələdiyyə istiqrazlarının hər bir buraxılışnıı Maliyyə Bazarlarına Nəzarət Palatası qeydiyyata alır. (APA)

Dövlət və ya bələdiyyə istiqrazlarının buraxılışları buraxılış şərtləri ilə müşayiət olunur. Emitent (dövlət istiqrazlarının emissiyası zamanı Maliyyə Nazirliyi, bələdiyyə istiqrazlarının emissiyası zamanı bələdiyyə) dövlət və ya bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınması üçün ərizə ilə Palataya müraciət edir. Ərizə poçt və ya Palatanın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsilə göndərilə bilər. Bələdiyyə istiqrazlarının buraxılışına dair Maliyyə Nazirliyinin razılıq məktub olmalıdır. Dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 20 iş günü müddətində baxılır və imtina üçün əsas olmadıqda, həmin dövlət və bələdiyyə istiqrazlarının buraxılışları Palata tərəfindən dövlət qeydiyyatına alınır və bu barədə emitentə onların buraxılışının (buraxılışlarının) dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən çıxarış verilir. Dövlət və bələdiyyə istiqrazlarının buraxılışları dövlət qeydiyyatına alındıqdan və istiqrazların buraxılış şərtlərində olan məlumatlar açıqlandıqdan (kütləvi təklif zamanı) sonra emitent istiqrazların yerləşdirilməsi hüququnu əldə edir. Dövlət və bələdiyyə istiqrazlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsi onların fond birjası vasitəsilə hərraca çıxarılması yolu ilə həyata keçirilir.

Dövlət və bələdiyyə istiqrazları ilə alqı-satqı əqdləri investisiya şirkəti vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf-müqabili investisiya şirkəti olmadıqda, həmin əqdlər notariat qaydasında təsdiq edilməlidir. Dövlət və bələdiyyə istiqrazlarının fond birjasında alqı-satqısı ticarət iştirakçılarının öz adından və öz hesabına və ya öz adından investorun hesabına və onun tapşırığı ilə almaq və ya satmaq üçün sifarişlərin təqdim edilməsi ilə həyata keçirilir. Dövlət və bələdiyyə istiqrazlarının və onlar üzrə faizlərin (faizli istiqrazlar üçün) ödənilməsi emitent tərəfindən klirinq təşkilatı vasitəsilə həyata keçirilir. Dövlət və bələdiyyə istiqrazlarının dəyəri və onlar üzrə ödənilməli olan faizlər (faizli istiqrazlar üçün) emitent tərəfindən ödənildikdən sonra istiqrazlar Mərkəzi Depozitar tərəfindən dövriyyədən çıxarılır.