backend

Qax yol istismar idarəsində nə baş verir?

Qax yol istismar idarəsində nə baş verir?

İdarə işçiləri müdür Əhməd müəllimin özbaşınalıqlarından şikayətçidir

Belə ki, iddiaya görə Əhməd müəllim uzun müddətdir ki, işçilərin maaşının yarısını mənimsəyir və idarəyə məxsus olan texnikanı öz mülkiyyəti kimi idarədən kənar işlərdə çalışdırır.

Bu barədə «Azəryolservis» ASC-nin sədri Saleh Məmmədov hələ bir neçə vaxt bundan əvvəl imzaladıqları sərəncamlara əsasən Yol İstismar İdarələrinə məxsus olan texnikalar icarəyə verilə bilməz. Amma buna baxmayaraq Əhməd müəllim Qax rayon Yol İstismar İdarəsinə məxsus ağır yük maşınlarını idarədən kənarda işlədir. Məlumata əsasən, «Kamaz», «Tatra», «Kraz» və bir ədəd «Ford» yük maşınlarından ibarət olan həmin texnikalar il uzunu Qaradağdan Qax-a mişar daşı daşıyırlar.

Məlumata görə həmin yük maşınlarının sürücüləri Qax rayon Yol İstismar İdarəsinin işçiləridirlər. Həmin sürücülərin hər biri Əhməd müəllimə aylıq verirlər. Həmçinin Yol İstismar İdarəsinin müdiri onların maaşlarını özü götürür. Sürücülərin aylıq maaşları isə təqribən 3500 manat civarındadır. Həmçinin bildirilir ki, yük maşınlarının bütün təmir işləri sürücülərin üzərindədir. Əhməd müəllim həmin texnika üçün ayrılan yanacaq pullarını və təmir üçün ayrılan vəsaiti mənimsəyir. O da qeyd olunur ki, lazım olanda həmin yük maşınlarını idarənin işləri üçün çalışdıran Əhməd müəllim buna görə sürücülərə əmək haqqı vermir.

Bundan başqa məlumatda qeyd olunur ki, Əhməd müəllim Yol İstismar İdarəsində çalışan işçilərinin maaşlarının hardasa yarısını mənimsəyir. Məlumata görə hər ay maaş zamanı işçilərə iki əmək cədvəlinə imza atdırlır. Belə ki, qaralama adlanan birinci əmək haqqı cədvəlində işçilərin maaşı ortalama 180-200 manat əmək haqqı göstərilir. Amma əsil maaş cədvəlində işçilərin əmək haqqları iki dəfə artıq, 350-400 manat göstərilir və həmin fərq idarə müdiri və bir neçə şəxs tərəfindən «özəlləşdirilir». Bildirirlir ki, Qax rayon Yol İstismar İdarəsində 50-dan artıq işçi çalışır. Bu işçilərin çoxusu qış aylarında öz hesablarına məzuniyyətə göndərilir. Lakin həmin «məzuniyətlər» sənədləşdirilimr və həmin pullar sadəcə idarə müdirinin «cibinə girir».

Həmçinin məlumatda o da qeyd olunur ki, Qaxın bütün daxili yolları bərbad vəziyyətdədir və dövlət tərəfindən hər ay yolların təmiri üçün kifayət qədər vəsit ayrılmasına baxmayaraq, bu yollarda il boyu yalnız «yamaq əməliyyatları aparılır».

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…