backend

Alimlərdən şok iddia — Dünya bu 6 ehtimaldan birinin nəticəsində məhv olacaq

Alimlərdən şok iddia — Dünya bu 6 ehtimaldan birinin nəticəsində məhv olacaq













Alimlər dünyanın məhv olmasına aid 6 ehtimaldan bəhs ediblər.

Bu ehtimallardan birinin baş verməsi dünyanın məhvi ilə nəticələnəcək.

Dünyanın nüvəsi soyuya bilər

Dünyanın ətrafında, Maqnitosfera adlandırılan bir qoruyucu maqnit qalxan yerləşir. Qatı halda olan daxili nüvə ilə maye dəmir və nikeldən ibarət olan xarici nüvə, Dünyanın öz oxu ətrafında fırlanmasından meydana gəlir. Günəşdən yayılan enerji dolu parçalar əvvəlcə maqnitosfer təbəqəsinə çırpılır və Yer planetinə birbaşa təsir edə bilmir. Avrora şimal şüaları bu parçaların Dünya atmosfer təbəqəsi üzərində yaratdığı təsirin nəticəsidir. Amma Yer planetinin nüvəsi soyusa, maqnitosfer təbəqəsi yoxa çıxacaq və Günəşdən gələn parçalar atmosferi məhv edəcək. Məsələn, Mars planetinin atmosfer təbəqəsi də bu səbəbdən yoxdur.

Günəş sönməyə başlaya bilər

Günəş də bir ulduzdur və digər ulduzlar kimi bir gün sönüb yox ola bilər. Əritmə yolu ilə hidrogeni heliuma çevirmə missiyasını davam etdirən Günəşdə milyardlarla il sonra kifayət qədər hidrogen qalmayacaq. Bu zaman eyni prosses helium maddəsinə qarşı olacaq və nəticədə ortaya çıxan çox yüksək enerji xarici qatları itələyərək, Yer planetini cəzb etməyə başlayacaq. Bu isə məhv deməkdir.

Dünya ölümcül bir orbitə atıla bilər

Son tədqiqatlar sübut edir ki, Samanyolu Qalaktikasında planet sayı ulduz sayından 100 min dəfə çoxdur. Bu isə Günəş sisteminə daxil olmayan bir planetin Yeri cazibə qüvvəsi ilə orbitdən kənarlaşdıra bilər. Əgər bu planet kifayət qədər yaxınlaşsa, Yeri kosmosa fırladıb başqa bir planetlə toqquşmaya səbəb ola bilər.

Asteroid yağışı

Dünyaya düşən bir asteroidin dinozavrların nəslinin kəsilməsinə səbəb olduğunu bilirik. Bütün planetin məhv olması üçün daha böyük asteroidlə toqquşma ehtimalı yüksəkdir. Milyardlarla il əvvəl Yerin yanından keçən asteroidlər okeanların 1 il ərzində qaynamağına səbəb olmuşdu.

Qara dəlik

Qara dəliklər barədə kifayət qədər məlumat yoxdur. Amma alimlər fəzada hərəkət edən müəyyən qara dəliklərin olduğunu bildirir. Bu qara dəliklərdən biri Günəş sisteminə yaxınlaşsa, aqibətimizin necə olacağını düşünmək belə insanı qorxudur.

Qamma şüasının partlayışı

Fəzada bilinən ən yüksək enerji hadisəsi qamma şüalarının partlayışıdır. Böyük ulduzların məhvi zamanı ortaya çıxan bu hadisə Günəşin mövcud olduğu dövrdə yaydığı enerjidən də çox enerji yayır. Bu partlayış ozon təbəqəsini məhv edib zərərli şüaların Yerə ötürülməsinə səbəb ola bilər. Belə bir fəlakət 440 milyon ildən bir baş verir.