backend

Əsəd ordusu türk əsgərinə hücum etdi — Son Dəqiqə

Əsəd ordusu türk əsgərinə hücum etdi — Son Dəqiqə












"Fərat Qalxanı" əməliyyatından acı xəbər gəldi.

Suriya ordusu türk əsgərinə qarşı hava hücumu təşkil edib. Nəticədə 3 türk əsgəri şəhid olub, 13 nəfər də yaralanıb.

Əl-Bab əməliyyatı zamanı hücuma məruz qalan türk ordusu tələfat verib. Yaralanan hərbçilər helikopter və təcili tibbi yardım maşınları ilə Kilis və Gaziantepdəki xəstəxanalara çatdırılıb.

Suriya mətbuatı isə Navara yaxınlığında Türkiyə ordusunun Suriya ordusuna toplardan atəş açdığını bildirib. Suriya ordusu itki verməsə də, ərazidən geri çəkilmək məcburiyyətində qalıb.