backend

Sizyəzəndəki idmançılara müjdə

Sizyəzəndəki idmançılara müjdə

Obyekt 2015-ci ilin əvvəllərində istifadəyə veriləcək.

Siyəzəndə alternativ enerji ilə təchiz olunacaq idman zalının tikintisinə 2013-cü ilin noyabr ayından başlanılıb.

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, artıq Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sifarişi əsasında inşa olunan idman qurğusunun bünövrəsi və dayaq konstruksiyaları hazırdır. Hazırda üçmərtəbəli binanın birinci mərtəbəsinin hörgü işləri görülür.

İdman qurğusunda çoxfunksiyalı idman zalı və inzibati otaqlar olacaq.

Tikinti başa çatdırıldıqdan sonra elektrik enerjisinin istehsalı üçün binanın damında günəş batareyaları quraşdırılacaq. İdman zalının enerji təchizatı yalnız günəşdən alınan enerji hesabına ödəniləcək.

İdman qurğusunun 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.