backend

Hakimiyyət Avropa İttifaqı ilə barışır: deputat nələri açıqladı?

Hakimiyyət Avropa İttifaqı ilə barışır: deputat nələri açıqladı?Azərbaycan və Avropa İttifaqı (Aİ) mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində danışıqları bərpa edir. Hər iki tərəfdən verilən optimist çıxışlar 2017-ci ildə əlaqələrin inkişafına təkan verə bilər

Politika.Az xəbər verir ki, ittifaqla rəsmi Bakı arasında danışıqlar sürətlənib. Son aylarda Aİ nümayəndlərinin Azərbaycana səfərləri mühüm irəliləyişin olacağından xəbər verir.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,deputat Azay Quliyev Politika.Az-a açıqlamasında münasibətlərin hazırki durumundan danışıb:

“Avropa İttifaqı ilə bizi strateji maraqlar birləşdirir. Azərbaycan ittifaq üçün üçün çox strateji bir tərəfdaşdır.

Cənab prezident də həmişə Avropa İttifaqı ilə əməkdaşlığın qurulmasında bərabərhüquqlu prinsipləri əsas götürüb. Hesab edirəm ki, son görüşdə də, bundan sonra atılacaq addımlarda da, bərabərhüquqlu prinsip gözl'nilm'lidir.
Deputatın fikrincə, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da davam edəcək: “Baxmayaraq ki, bizim Avropa parlamenti ilə ötən illərdə çox ciddi fikir ayrılığımız var idi, biz Milli Məclis olaraq Avropa Parlamentinin Şərq Tərəfdaşlığı Ölkələri ilə birgə yaratdığı Avronest parlament assambleyasında fəaliyyətimizi dayandırmışdıq. İndi bu fəaliyyət bərpa olunub.

Danışıqlar da onu göstərir ki, biz Avropa institutları ilə işləməyə hazırıq. Yalnız onlardan gözləntimiz bizə eyni şəkildə hörmətlə yanaşsınlar, Azərbaycana qarşı hər hansı əsassız qərarlar qəbul etməsinlər”.

Deputat Politika.Az-a deyib ki, yaxın vaxtlarda Aİ ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq:

“Gözləntimiz ondan ibarətdir ki, Azərbaycanın bu gün üzləşdiyi çətinliklərə, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini versinlər. Bütün bu format rəsmi şəkildə müzakirə olunur.

Hazırda Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş layihəsi üzərində iş aparırıq. Məndə olan məlumata görə, bu istiqamətdə artıq bəlli bir məsafə qət edilib. Gözləntimiz budur ki, həmin qeyd etdiyim saziş yaxın zamanlarda tam olaraq imzalanmaq üçün hazır olacaq.

Bu artıq Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sənəd olacaq. Düşünürəm ki, bu, hər iki tərəfin marağına tam şəkildə cavab verəcək”.