backend

Təcili: Novruzda dollar 2 manatı keçəcək - Detallar

Təcili: Novruzda dollar 2 manatı keçəcək - Detallar














Novruz bayramı ərəfəsində dolların 2 manatı keçəcəyi proqnoz verilir

Bu haqda Politika.Az-a daxil olan məlumata görə, hökumət növbəti iqtisadi terapiyaya hazırlaşır.

Dolların ucuzlaşması, manatın möhkəmlənməsi və ya sabitləşməsi müvəqqəti xarakter daşıyır. Bu ilin əvvəlindən bir qayda olaraq manata təzyiq az olur. Bunun da səbəbi büdcə vəsaitlərinin hələ ki, iqtisadiyyata yönəldilməsi ilə bağlıdır.

Hakimiyyət manatın məzənnəsini idarə edə bilmir. İndi milli valyuta öz bildiyi şəkildə üzür. Nəticədə bahalaşma və inflyasiya sürətlə davam edir. Nəzərə alaq ki, Neft Fondu hərraca əvvəlkindən az - 25 milyon dollar çıxarır.

Halbuki əvvəl daha çox çıxarırdı. Yəni bu gün tələbat ödənmədiyi bir halda hərraca çıxarılan dolların həcminin azaldılması onu deməyə əsas vermir ki, artıq dollara tələbat tam ödənilib.

Politika.Az-a daxil olan məlumata görə, Novruz bayramı ərəfəsində əhalinin milli bayramı milli valyutanın dəfni ilə müşayiət olunacaq.

Hələ ki, Azərbaycanda dollar təminatı yeganə olaraq Neft Fondu tərəfindən həyata keçirilir. Digər mənbələr olmadığı üçün bu gün artıq Neft Fondunun çıxardığı vəsaitin həcmi bazara təsir göstərir. Biz diqqət yetirsək görərik ki, 2016-ci ildə dollar manata nisbətdə 13 faiz, yanvar ayında isə 8 faiz bahalaşıb.

İqtisadçılar hesab edir ki, manat 1.90 və ya 1.95 həndəvərində, hətta 2 manat psixoloji həddində sabitləşə bilər. Yəqin ki, bir müddətdən sonra biz yenidən manatın ucuzlaşmasını görəcəyik. Düzdür müəyyən bir dövrdə manatın sabitləşməsi labüddür.

Ən azı bu ola bilsin ki, manat 1.90 və ya 1.95 həndəvərində, hətta 2 manat psixoloji həddində sabitləşə bilər. Amma bu, müvəqqəti xarakter daşıyır.

Proses daha çox manatın ucuşlaması istiqamətində gedəcək. Dolların manata olan məzənnəsi üçün 1.90 və ya 2 manat həddi interval olacaq. Novruz bayramına kimi rəsmi məzənnə 2 manat həddini ötəcək.