Prezident İlham Əliyev bu gün daha 3 sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Telman Salman oğlu Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü ayırıb.
Dövlət başçısı həmçinin Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Bayramov Oruc Sulu oğlu, Quliyev Aftandil Təvəkkül oğlu və Quliyev Sidqi Həsənalı oğluna “Əməkdar mühəndis” fəxri adı verib.
İlham Əliyev başqa bir sərəncamla Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçilərini “Tərəqqi” medalı ilə təltif edib:
Aslanov Orucqulu Dilavər oğlu Cəfərova Kəmalə Sərvəz qızı Dünyamalıyev Bəkir Bahadır oğlu Əbilov Fazil Adil oğlu Əliyev Əmirxan Mamaxan oğlu Həşimov Teyyub Səfər oğlu Hüseynov Vidadi Hüseyn oğlu İlyasov Rafiq İsa oğlu Qasımov Zahid Zakir oğlu Məmmədquliyeva Raziyə Şəmsibala qızı Məmmədov Şakir Bəgi oğlu Mirzəyev Cəmaləddin Siracəddin oğlu Nəsrullayev Cəlil Məhəmməd oğlu Rzayeva Güllü Adıgözəl qızı Səfərəliyev Əlxan Sərxan oğlu Talverdiyev Valeh Misrixan oğlu