backend

DİQQƏT!!! Son dəqiqə: Erməni müxalifəti Sarkisyanın evinə hücum edir - CANLI, YENİLƏNİR

DİQQƏT!!! Son dəqiqə:  Erməni müxalifəti Sarkisyanın evinə hücum edir - CANLI, YENİLƏNİR

Etiraz edınlərin bir hissəsi prezident sarayına doğru irəliləməyə və nümayişi orada davam etdirməyə qərar verib. Digər hissə isə Yerevanın Azadlıq meydanında qalmaqdadır.

İstiPress-in məlumatına görə, etiraz edənlər Artur Sarkisyanın təntənəli şəkildə Yelabur qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Onlar həmçinin onun ölümündə günahı olanların, o cümlədən prezident Serj Sarkisyanın cəzalandırılmasını istəyirlər.

Mitinq təşkilatçıları günü yekunlaşdıraraq, yeni aksiyaları sabah davam etdirməyi planlaşdırırlar.

"Çörəkdaşıyan" Artur Sarkisyanın xatirəsinə Ermənistanın Moskvadakı səfirliyi önündə də aksiya keçirilir. Aksiyaya gələnlər onun şəkli asılan lövhənin önünə gül dəstələri qoyurlar.

saat 20:46


saat 20:42

"Çörəkdaşıyan" Artur Sarkisyanın xatirəsinə həsr edilmiş mitinqin iştirakçıları Ermənistanın baş nazirinın köməkçisinə öz tələblərini əks etdirən məktubu təqdim ediblər. Tələblərdə əsas məsələ Sarkisyanın "Erablur" hərbi panteonunda dəfn edilməsidir.

Nazir köməkçisi sabah məktuba cavab veriləcəyinə vəd verib. Bundan sonra yürüş iştirakçıları Azadlıq meydanına istiqamət götürüb.

Aksiya sakit şəkildə davam edir. Polis dəstələri artırılıb.

saat 19:14

Ermənistanda müxalifətin izdihamlı mitinqi keçirilir. İstiPress Ermənistan mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları 2016-cı ildə polisin binasını ələ keçirməkdə təqsirləndirilən silahlı dəstənin üzvlərinə yemək verən Artur Sarkisyanın müəmmalı ölümü barədə öz etirazlarını bildirirlər.

DİQQƏT!!! Son dəqiqə:  Erməni müxalifəti Sarkisyanın evinə hücum edir - CANLI, YENİLƏNİR

Aksiya təşkilatçılarının sözlərinə görə, Sarkisyanı xalqın düşmənləri öldürüb.

Mitinqə gələnlər Azadlıq meydanından müxtəlif küçələrə yürüşə başlayıblar.

Qeyd edək ki, Ermənistan Baş prokurorluğu Artur Sarkisyanın ölümünə ilkin səbəb kimi "ürək-ağciyər çatışmazlığı" göstərir.

2016-cı ilin iyul ayında “Sasna Tsrer” silahlı qruplaşması Serj Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxarkən Artur Sarkisyan onlara çörək daşıyırdı.

Sarkisyan həbs edilmişdi. Ötən il dekabrın 31-də isə o, azadlığa buraxıldı. Lakin sonra məhkəmə qərarı ilə A.Sarkisyan yenidən həbs edildi. Həbsxanada olarkən “çörəkdaşıyan” aclıq elan edib. Martın 16-da isə Sarkisyan ölüb.