backend

TƏCİLİ: Marqarita Simonyanın telekanalı: ERMƏNİLƏR QACIRLAR

TƏCİLİ: Marqarita Simonyanın telekanalı: ERMƏNİLƏR QACIRLAR

Marqarita Simonyanın telekanalı faktları gizlədə bilməyib

2016-cı ildə 22 min 264 Ermənistan vətəndaşı Rusiya vətəndaşlığına keçib.

İstiPress-in məlumatına görə, bu barədə «Russia Today» telekanalı məlumat yayıb. Beləliklə, 100 min nəfər ölkə sakinindən 733-ü keçən il Rusiya vətəndaşlığı alıb (ölkədə təxminən 3 milyon nəfər qeydiyyatdadır).

TƏCİLİ: Marqarita Simonyanın telekanalı: ERMƏNİLƏR QACIRLAR

Bu göstəriciyə görə Ermənistanı MDB lideri saymaq olar. İkinci sırada Qazaxıstan gəlir. Qazaxıstan vətəndaşlarının isə 37 min 837-si Rusiya vətəndaşlığına keçib, 100 min ölkə vətəndaşına 217 Rusiya mühaciri düşüb. Qazaxıstanın toplam əhalisi 17,4 milyon nəfərdir.

Keçən il Rusiya vətəndaşlığı alan Ukrayna vətəndaşlarının sayı isə 100 min 696 olub, bu ölkənin hər 100 min sakininin 195-i Rusiya vətəndaşlığına keçib. Ukraynanın 42,8 milyon əhalisi var.

Dördüncü sırada Özbəkistan gəlir. 31 milyon əhalisi olan ölkənin Rusiya vətəndaşlığı almış sakinlərinin sayı isə 23 min 216 mindir. Yəni 100 min Özbəkistan vətəndaşının 74-ü Rusiya vətəndaşlığına keçib.

TƏCİLİ: Marqarita Simonyanın telekanalı: ERMƏNİLƏR QACIRLAR

Ermənistandan bu cür yüksək miqrasiya göstəricisi Qarabağ müharibəsi ilə bağlıdır. Ermənistan diaspor təşkilatlarının verdiyi məlumata görə, Qarabağ müharibəsi üzündən hər il 100 min adam ölkəni tərk edir. Gedənlər, əsasən Rusiya, Amerika və Fransaya mühacirət edirlər. Avropa ölkələrinə də köçənlər çoxdur. Əhali övladlarını savaşdan qaçırır. Ermənistanda real olaraq 1,4 milyon adam qaldığı vurğulanır.

Baş redaktoru erməni Marqarita Simonyan olan «Russia Today» telekanalının bu məsələni bu qədər açıq şəkildə işləməsi də maraq doğurur. Simonyan indiyə kimi bu kii məsələlərin örtülü qalmasına çalışırdı. Amma görünür, Krım ermənisi olan Simonyan da artıq digər dispor təmsilçiləri kimi hakim Qarabağ klanından bezib və onları hakimiyyətdən salmaq istəyən erməni müxalifətinə dəstək verməyi qərara alıb.