backend

SON DƏQIQƏ!!! Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

SON DƏQIQƏ!!! Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

Bu gün gecə saatlarında Abşeron rayonunda güllələnmə hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, 280-ci məhəllə adlanan ərazidə qeydə alınıb. Həmin ərazidə naməlum şəxslər bir nəfəri güllələyib. Hadisə şahidlərinn sözlərinə görə, həmin şəxslər qara maskada olublar. Güllələnən şəxsin iş adamı olduğu deyilir.
Hadisə ilə bağlı Xırdalan şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırış olub. Stansiyadan həmin şəxsin həyatda olub-olmaması barədə məlumatın olmadığı deyilib. Hadisəni Xırdalan şəhər Polis İdarəsindən təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır. (ölkə.az)