backend

TƏCİLİ: Türkiyəyə qarşı 100 minlik ordu toplanır - Rusiya və ABŞ-ın dəstəyilə...

TƏCİLİ: Türkiyəyə qarşı 100 minlik ordu toplanır - Rusiya və ABŞ-ın dəstəyilə...

YPG Suriyada Türkiyəyə qarşı 100 minlik ordu toplamağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə Yeniakit.com.tr saytı məlumat yayıb.

Xəbərdə rəsmi Ankaranın daxili və xarici siyasətdə, terrorla mübarizədə yeni qərarlar verəcəyi bildirilib:

“Yeni strateji yol xəritəsi üzərində işlər aparılır. Xüsusilə, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı önəmli qərarların veriləcəyi bildirilib. Xarici siyasətdə radikal addımlar atıla bilər. Terror qruplaşması YPG-yə qarşı irimiqyaslı əməliyyatların aparılacağı gündəmdədir. YPG rəhbərliyi Abdulla Öcalanın xəyalı olan 100 minlik ordu qurmaq üçün çalışır. Rusiya və ABŞ-ın dəstəyi ilə bütün silahlarla təmin edilən terrorçular zirehli diviziya yaratmaq istəyir”.