"Sankt-Peterburq metrosunda partlayışı qırğızıstanlı törədib"- Rəsmi Bişkek4 apr 2017 - 14:291 265 Qırğızıstan xüsusi xidmət orqanları Sankt-Peterburq terrorunu təşkil edən şəxslərin qırğız olması faktını təsdiq edib.AzNews.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin üzvü Rahat Süleymanov məlumat verib:“Böyük ehtimal ki, 3 aprel tarixində Sankt-Peterburq metrosunda törədilən terrok aktının təşkilatçısı qırğız əsilli Rusiya vətəndaşıdır.”O vurğulayıb ki, hadisəylə əlaqədar qırğız xüsusi xidmət orqanları rusiyalı həmkarları ilə əməkdaşlıq edirlər.Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər yaralanıb.