backend

Suriyadan kimyəvi hücumla bağlı şok açıqlama - “Türkiyədən gətirilib”

Suriyadan kimyəvi hücumla bağlı şok açıqlama - “Türkiyədən gətirilib”












Suriyanın hökumət qoşunları dinc əhaliyə və terrorçulara qarşı heç bir zaman kimyəvi silahdan istifadə etməyib və istifadə etmək niyyətində deyil.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Suriyanın xarici işlər naziri Valid Muallem Dəməşqdə keçirilən mətbuat-konfransında bəyan edib:

“Mən təsdiq edirəm ki, Suriya ordusu bu cür silahlardan, hətta dinc əhalini öldürən terrorçulara qarşı istifadə etməyib və etməyəcək”.

Nazirin sözlərinə görə, bəzi ərəb və qərb ölkələri kimyəvi hücumla bağlı Suriyaya göstərilən aqressiya və ittihamlara görə məsuliyyət daşıyırlar. Bütün bunlar antisuriya kampaniyasının bir hissəsidir.

XİN başçısı, həmçinin əlavə edib ki, rəsmi Dəməşq kimyəvi maddələrin Suriyaya Türkiyə ərazisindən gətirilməsinə dair BMT-ni məlumatlandırıb.