backend

Təcili!!! İRANIN İC ÜZÜ: Ermənilərə inanılmaz dəstək !

Təcili!!! İRANIN İC ÜZÜ: Ermənilərə inanılmaz dəstək !

Xankəndi rejimi Tehrandan gələn pulların artacağını gözləyir

Xankəndi rejimi Şuşadakı Yuxarı Gövhər ağa məscidinin bərpa edib böyük pullar qazanmaq istəyir.

İrəvan iki cəbhədə müharibəyə hazırlaşır
İstiPress-in məlumatına görə, bu barədə “Kavkazskiy Uzel”in əməkdaşına Qarabağdakı işğalçı rejimin “iqtisadiyyat nazirliyinin” turizm idarəsinin rəhbəri Arman Qriqoryan bildirib.

Onun sözlərinə görə, məscidin bərpasına İrandan mütəxəssislər cəlb ediləcək.

“Kavkazskiy Uzel”in əməkdaşına Şuşa rəhbərliyindən bildiriblər ki, İrandan məscidi ziyarətə çoxlu sayda adam gəlir. Onların fikrincə, bərpadan sonra İrandan gələn turistlərin sayı arta bilər. Həmin turistlərin içində etnik azərbaycanlıların da olması istisna edilmir. Buna görə, rəsmi Bakı İrandan gələn soydaşlarımızın pasportlarını bir qədər diqqətlə izləməlidir.

Təcili!!! İRANIN İC ÜZÜ: Ermənilərə inanılmaz dəstək !

Qeyd edək ki, Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilib. Pənah хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil хan tərəfindən daşla əvəz etdirilib. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olub.

Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilib.

Ermənistan ordusu Şuşanı işğal edən zaman məscidi dağıdıblar və ərazini xaraba vəziyyətə salıblar.

Təcili!!! İRANIN İC ÜZÜ: Ermənilərə inanılmaz dəstək !