backend

Son dəqiqə: BUNU ƏRDOGAN DEDI - "Erməni camaatının rahatlığı ..."

Son dəqiqə: BUNU ƏRDOGAN DEDI -  "Erməni camaatının rahatlığı ..."

"Erməni camaatının rahatlığı bizim üçün xüsusi əhəmiyyətə malikdir"

Dünən olduğu kimi bu gün də ermənilər Türkiyənin bərabər və azad vətəndaşları olaraq sosial, siyasi və ticarət həyatının hər sahəsində əhəmiyyətli rola sahibdir.

İstiPress Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı erməni patrirxında təşkil edilən dini mərasimə göndərdiyi məktubda deyilir.

"Yüz illərdir sevinc və kədərdə ortaq iki xalqın keçmişin yaralarını bağlaması və insanı əlaqələrini daha da qüvvətləndirməsi hamımızın ortaq məqsədidir. Bu istiqamətdə son 14 ildə bir çox addım atdıq, tarixi islahatlar həyata keçirdik. Osmanlı ermənilərin xəritəsinə və erməni mədəni mirasına sahib çıxmaq istiqamətində işlərimizi qarşıdakı illərdə artıraraq davam etdirəcəyik. Bu istiqamətdə bunu xüsusi ilə qeyd etmək istəyirəm. Ölkəmizdəki erməni camaatının rahatlığı, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Tək bir erməni vətəndaşımızın belə kənarlaşdırılmasına, yadlaşdırılmasına, özünü ikinci sinif hiss etməyinə dözümümüz yoxdur", - Ərdoğan deyib.