backend

Başı bədənindən qopan əsgər yenidən döyüşdə - VİDEO

Başı bədənindən qopan əsgər yenidən döyüşdə - VİDEO





Lənkəran Əliyevin rəhbərlik etdiyi tank batalyonuna hücum edir və 17 əsgərimizi öldürür.

“Cəbhə xətti” layihəsinin budəfəki qonağı Namiq Məmmədov Neftçalada anadan olub. Bu gün bir çoxları onu Neftçalalı Namiq olaraq tanıyır.

O, Qarabağ müharibəsi zamanı göstərdiyi şücaəti ilə yaddaşlarda qalıb. Onda düşmənə qarşı nifrət daha erkən yaşdan başlayıb. Uşaq ikən nənəsi 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı etdikləri soyqırımlardan danışır. Qarabağ müharibəsinin başlaması onda düşmənə qarşı olan qisas hissini daha da gücləndirir. Namiq nəzir verir ki, onu müharibəyə çağırsınlar. 10-cu sinfi bitirdikdən sonra hərbi komissarlıqdan ona çağırış gəlir.

O, yeni yaradılan Azərbaycan ordusunun ilk əsgərlərindən biri olur. Hərbi xidməti Xızının Giləzi qəsəbəsində keçir və sonra Gəncəyə göndərilir. O, burada bir müddət qaldıqdan sonra döyüşmək üçün Ağdərəyə aparılır. Namiq 703 saylı briqadanın 1-ci batalyonunda yerləşdirilir. Onun briqada komandiri isə Nəcməddin Sadıqov olur.

İlk döyüşü Ağdərənin Qlobus yüksəkliyində baş tutur. Uğur elə onu ilk döyüşdən izləyir və döyüşçülərimiz düşməni məğlub edirlər. Namiq qısa vaxtda əsgərlər arasında cəsarətinə görə fərqlənir. O, bir neçə dəfə əsgər yoldaşlarını düşməndən xilas edir.

Günlərin birində Qlobus yüksəkliyində mövqe tutan əsgərlərimizin yatması düşmənə intiqam almaq şansı verir. Düşmən tankı qəfildən batalyonumuza hücum edir və içərilərə doğru irəliləyir. Bu zaman Namiq əsgər yoldaşının əlindən qumbaraatanı alıb düşmən tankını partladır. Namiqin bu qəhrəmanlığından sonra komandiri dərhal gəlib onu qucaqlayır.

Düşmənin bu hücumunun qarşılığını vermək üçün ordumuz plan hazırlayır. Döyüşçülərimiz bir həftə sonra Qlobus yüksəkliyində hücuma keçir. Namiq burda da qəhrəmanlığından qalmır. O, atışa-atışa hücuma keçir və düşmən geri çəkilmək məcburiyyətində qalır. Qaçıb gedən düşmən silah-sursatını atır. Namiq düşmənin yük maşınını ələ keçirib batalyona gətirir. Yük maşınının arxası silah-sursatla dolu olur. Namiqin bu uğuru səs-küyə səbəb olur. Artıq batalyonda zabitlər onunla döyüşə getmək üstündə bir-biriləri ilə mübahisə edirlər. Bundan sonra hamı onu Neftçalalı Namiq olar tanımağa başlayır.

Heydər Əliyev televiziyada çıxışı zamanı onun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildiyini açıqlayır.

Namiq hərbiyə çağırıldığı bir il ərzində evlərinə baş çəkmir. Bunu görən komandirləri onu güclə evlərinə göndərməli olurlar. Uzun müddət sonra evlərinə gələn Namiq televizorda əsgər yoldaşlarının öldürüldüyü xəbərini öyrənir. Düşmən Ağdərədə Çıldıran yüksəkliyində Lənkəran Əliyevin rəhbərlik etdiyi tank batalyonuna hücum edir və 17 əsgərimizi öldürür. Bundan sonra Namiq bir həftəlik məzuniyyətindən imtina edir və geriyə silahının başına dönür.

Namiqin sözlərinə görə ermənilər onunla üzbəüz gələndə qaçırdılar. O bir dəfə Ağdərədə Drombon yüksəkliyində erməni əsgəri ilə üzbəüz gəlir. Silahı ilə düşməni yaralayan döyüşmümüz sonra onun qulağını kəsir.

Onun döyüşdüyü batalyon igidliyinə görə Nəcməddin Sadıqov tərəfindən “Babək 44” adına layiq görülür.

“Babək 44” batalyonu Ağdərəni azad edib, Əsgərana çatır. Göstərdikləri uğur isə qarşılığını almır. Onlara geriyə çəkilmək əmri verilir. Vahid komandanlığın olmaması onları məğlubiyyətə gətirir.

Onun son döyüşü isə Sərsəng su anbarı istiqamətində olur. 1993-cü ilin dekabrında o ağır yaralanır. Döyüşə girməli olan batalyon bundan imtina edir və onların bir yanı boş qalır. Düşmən bundan istifadə edir. Çaylı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanır. Başı bədənindən ayrılır. Onu vertolyotla Tərtərə xəstəxanaya gətirirlər. Hər kəs onun öləcəyini gözləsə də, Namiq sağ qalır. O, burada bir müddət müalicə olunduqdan sonra Bakıya göndərilir.

Müharibənin davam etdiyi bir vaxtda onun heç bir yardım edə bilməməsi Namiqə pis təsir edir. O, əlil olduğu halda cəbhəyə briqadaya geri dönür və döyüşmək istədiyini bildirir. Döyüş yoldaşları ona qucaq açırlar və aralarına qəbul edirlər. Uzun məşqlərdən sonra onun işləməyən sol əli açılır.

Artıq atəşkəs imzalandığı üçün döyüş əməliyyatları bitir. Bundan sonra hər kəs evə döndüyü üçün Namiq də geri qayıtmaq məcburiyyətində qalır.

O bizimlə söhbətində Vətən üçün hələ az şeylər etməsindən gileylənir. Bu gün imkan olarsa, gəncliyində etdiyindən artığını etməyi planlaşdırır. O, övladlarını da özü kimi vətənpərvər ruhda böyüdür.