backend

Qaribaşvili Azərbaycana gəlir

Qaribaşvili Azərbaycana gəlir

Gürcü baş nazir Azərbaycan Prezidenti ilə görüşəcək.

Sentyabrın 11-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana iki günlük rəsmi səfər edəcək.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi xəbərə görə, baş nazirin mətbuat xidmətindən bildirilib ki, İ.Qaribaşvili Bakıda Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Səfər çərçivəsində İ. Qaribaşvili Bakının görməli yerlərinə baxacaq və İçərişəhərdə olacaq. Gürcüstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Maya Pancikidze, baş nazirin müavini Kaxa Kaladze, maliyyə naziri Nodar Xaduri, kənd təsərrüfatı naziri Otar Daneliya, baş nazirin köməkçisi Savalan Mirzəyev, parlament üzvləri Zurab Tkemaladze və Mahir Dərziyev, baş nazirin administrasiyasının rəhbəri Nino Kobaxidze daxildir.

Səfər sentyabrın 12-də başa çatacaq.