backend

TƏCİLİ: Əbülfəz Məlikovun cinayətkar şəbəkəsi DÖVLƏTİ çökdürür - ŞOK FAKTLAR

TƏCİLİ: Əbülfəz Məlikovun cinayətkar şəbəkəsi DÖVLƏTİ çökdürür - ŞOK FAKTLAR

“Broker” MMC sahibkarların kabusuna çevrilib

Azərbaycanda sahibkarlığın inkişafına mane olan və yerli biznesmenlərin fəaliyyətinə məhdudiyyət qoyan məsələlər Realliq.info-nun daim diqqət mərkəzində olub. Bu cür problemləri yaradanlardan biri və demək olar ki, birincisi "Broker Əbülfəz" kimi tanınan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovdur.

Bu şəxsin qanunsuz fəaliyyətindən-Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirməsi və gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymağından az bəhs olunmayıb. "Broker Əbülfəz"in keçmiş MTN-nin həbsdə olan generalı Akif Çovdarovla da sıx bağlılığı gündəmin əsas mövzularından olub. Bu barədə az sonra...

Öncədən qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Broker” MMC Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranzitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir.

“Broker” MMC-nin iş prinsipi – sahibkarlardan “haqq” yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir. Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətində qalıblar. Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla alıblar. Brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub. Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axıb. Buna görə brokerlərin hər birinə Ə.Məlkov 5 min manat “paket” maaş verib.

“Broker” MMC rəhbərliyi ölkəmizə gətirilən bir çox mallara monopoliya qoyması və bu işdən il ərzində milyonlarla, az qala milyardalralla qazanc əldə etmələri heç kimə sirr deyil. Bu şəbəkəyə başçılıq edən Əbülfəz Məlikov və onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və pulu da onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər.

Bütün bunların nəticəsidir ki, “Broker” MMC-nin direktoru gömrük sistemini tamamilə nəzarətinə götürüb, Dövlət Kömrük Komitəsindən də böyük səlahiyyətlərə sahibdir.

Realliq.info-nun araşdırmasına görə, invoys dəyəri 100 min dollar olan mal “Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur. Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

Realliq.info qeyd edir ki, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov Akif Çovdarovla dostluq münasibətindən istifadə edərək onun “çətiri” altında rəhbərlik etdiyi MMC-də illərlə baş verən qanunsuzluqların araşdırılmamasına nail ola bilib. Əbülfəz-Akif cütlüyünün birgə həyata keçirdiyi özbaşınalıqlar nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Bu reketçiliyin 20 ilə yaxınlaşan tarixi var.

Bu tarixin 5-6 ili məhz Ə.Məlikovun MMC-sinin fəaliyyəti dövrünə təsadüf edir. Akif Çovdarovun vəzifədə olduğu dövrdə “Trans Broker” MMC kimi qeydiyyatdan keçən qurum illərlə iş adamlarının kabusuna çevrilmişdi.

Ə.Məlikov bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesabına axmasını və bu pullardan Akif Çovdarov kimilərinin yararlanmasını təmin edib. Bu baxımdan Ə.Məlikovun “öz sahəsinin Çovdarovu” da adlandırmaq olar. Onun həbsdəki odioz generala sədaqət nümayiş etdirərək BİT-ə “peredaça” yollaması da bu baxımdan anlaşılandı.