backend

Bakıda kimliyi bəlli olmayan qadın öldü - VİDEO

Bakıda kimliyi bəlli olmayan qadın öldü - VİDEO




















Onu tanıyanlardan məlumat vermələri xahiş olunur.

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 171 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı şəxsiyyəti məlum olmayan piyada xanım bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

qaynarxett.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən ANS TV-yə verilən məlumata görə, ancaq piyada xəstəxanada dünyasını dəyişib. Xanımın əlamətləri - boyu 168 santimetr, gözləri qara, saçları tünd qəhvəyi rəngdədir.

Odur ki, bu şəxsi tanıyanlardan və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 012 - 567-02-02 şəhər və 055-665-22-41 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.