backend

Təcili!!! RUSİYADAN QAN İYİ GƏLİR - Qarabağda müharibə başlayır...

Təcili!!!  RUSİYADAN QAN İYİ GƏLİR -  Qarabağda müharibə başlayır...

Azərbaycan yeni döyüşlərə başlamağa məcburdur

Erməni şəhrçiləri Rusiya - ABŞ münasibətlərində yeni böhranı şərh edərək Qarabağı əldə saxlamaq üçün yeni şəraitdə kimin tərəfini tutmağın lazım gəlməsi üzərində baş sındırırlar.

İstiPress-in məlumatına görə, erməni mətbutı ilə çıxış edən əksər ekspertlər indiki şəraitdə Rusiyanın mövqeyinin zəifləyəcəyini düşünür, buna görə hansısa yolla ABŞ tərəfə keçmək barədə baş sındırırlar. Bu cür düşünənlər içində hətta vaxtilə Qarağada işğalçı recimdə funksionerlik etmişlər də var.

Erməni şəhrçi Sarkis Arsruni “1in.am”da yazdığı məqaləsində düşhünür ki, sanksiyalarla üzləşmiş Rusiya bəzi münaqişələrə, o cümlədən, hər iki ölkənin Minsk qrupu çərçivəsində həmsədrlik etdiyi Qarabağ münaqişəsinin həllinə təsirini azaltmağa çalışacaq.
Təcili!!!  RUSİYADAN QAN İYİ GƏLİR -  Qarabağda müharibə başlayır...
“Rusiya - Amerika böhranı həm də Qarabağ problemnin həllində onların əməkdaşlığının zəifləməsinə səbəb olacaq… Qarabağ münaqişəsinni həlli prosesində həmsədrlər institutunda böhrana, yeni müharibə və ya Moskvanın atdığı birtərəfli addımlar hesabına status-kvonun dəyişməsi riskinə gətirə bilər”, - deyə Sarkis Arsruni vurğulayıb.

Erməni şərhçi Rusiyanın aprel müharibəsindən öncə həyata keçirmək istədiyi “Lavrov planının” yenidən işə düşə biləcəyini vurğulayıb. Həmin plana görə, Ermənistan Dağlıq Qarabağ ətrafınadkı 5 rayonu tərk edir, bunun müqabilində Azərbğaycan Rusiya sülhməramlılarının bölgəyə yerləşməsinə icazə verir. Yəni de-fakto olaraq Dağlıq Qarabağ Rusiya hərbçilərinin nəzarəti altına keçir. Statusun müzakirəsi məsələsi isə qeyri-müəyyən vaxta qədər təxirə salınır.
Təcili!!!  RUSİYADAN QAN İYİ GƏLİR -  Qarabağda müharibə başlayır...
Bu, Madrid prinsipləri çərçivəsində Azərbaycanın təklif etdiyi varianta çox yaxındır. Danışıqlarda Ermənistanla Azərbaycan arasında əsas fikir ayrılığı Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsidir. Ermənilər “status əvəzinə ərazilər” iddiası ilə çıxış edirlər, Azərbaycan isə bu fikirdədir ki, Dağlıq Qarabağ və Laçın dəhlizinin (Kəlbəcər və Laçın rayonlarının) statusu bölgəyə azərbaycanlılar qayıtdıqdan 20 il sonra keçiriləcək referendum nəticəsində müəyyən edilə bilər. Ermənilər bu variantda uduzacaqlarını güman edirlər.

Sergey Arsruni Rusiyanın bu planı həyata keçirmək üçün Azərbaycanın müharibəyə başlamasına icazə verəcəyini düşünür. “1in.am”ın başqa materiallarından belə anlaşılır ki, ermənilər növbəti müharibədə qələbəyə ümidləri yoxdur və Qarabağdakı erməni qoşunlarının komandiri Levon Mnasankanyanın döyüşə hazırlıq barədə verdikləri açıqlamalara inanmırlar.

Təcili!!!  RUSİYADAN QAN İYİ GƏLİR -  Qarabağda müharibə başlayır...
Buna hətta ən ermənipərəst rus hərbi şərb ekspertlər də inanmır. Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də “1in.am”a müsahibəsində nümayiş etdirib: “Əgər müharibə başlayarsa, o, daha böyük miqyas alacaq, xarici qüvvələr də qoşulacaq. Obyektiv danışsaq, Azərbaycan daha bir neçə kvadrat kilometr qopara bilər”.

Xarici qüvvələr dedikdə Xramçixin yəqin ki, Rusiya hərbçilərini nəzərdə tutur. 2016-cı ildə baş vermiş aprel döyüşlərində Azərbaycan ordusunun irəliləməsinin qarşısını Rusiyadan gətirilmiş desant saxladı. Çünki Ermənistanın Qarabağda Azərbaycanla döyüşəcək qüvvəsi yoxdur. Bu ölkənin ordusunun real sayı 15-20 min ətrafında dəyişir, onlar da hərbi hazırlığı çox zəif olan çağırışçılardır.
Təcili!!!  RUSİYADAN QAN İYİ GƏLİR -  Qarabağda müharibə başlayır...
Ermənistan 2016-cı ildə göstərdiyi vasitəçilik dəstəyinin əvəzinə öz ordusunu Moskvaya tabe etməli oldu. Bu dəfə müharibə olarsa, yəqin ki, Rusiya ilə federativ müqavilə bağlayaraq özünə Abxaziya eyni statusa salmış olacaq, yəni həm də de-yuro müstəmləkəyə çevriləcək.

Bunu bəzi erməni ekspertlər, hətta bir vaxt Qarabağın işğal rejimində istər-istəməz Rusiyanın maraqlarına qulluq etmiş ekspertlər də düşünülər və İrəvanı radikal addımlara çağırırlar. Məsələn, ermənilər tərəfindən Dağlıq Qarabağdakı işğal rejiminin xarici işlər naziri kimi təqdim edilən Arman Melikyan “Tert.am”a müsahibəsində bildirib ki, Ermənistan bu problemdən can qurtarmaq üçün açıq şəkildə Birləşmiş Ştatları dəstəkləməlidir. Nə isə, ermənilərdən hər şeyi gözləmək olar.

Çingiz Rüstəmov / İstiPress