backend

Bulvarda sürprizlər

Bulvarda sürprizlər




















Velosiped və katerlə dəniz gəzintisini sevənlərə şad xəbər.

Nobel prospektində yeni salınan bulvar ərazisində tikinti və quruculuq işləri davam edir.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Dənizkənarı park müdiriyyətinin verdiyi məlumata görə, aparılan işlərin Avropa oyunları başlamadan başa çatdırılması planlaşdırılır.

Bundan sonra paytaxtımızın sakinləri və qonaqları 105 illik tarixi bulvarın gövdəsindən əmələ gəlmiş bu “cücərtini” qiymətləndirə biləcək. Şübhəsiz ki, o istirahət üçün gözəl bir guşə olacaq. İlk növbədə bulvarın bu hissəsinin açılmasını ətrafdakı binaların çoxsaylı sakinləri səbirsizliklə gözləyirlər. Bununla belə onlar bəzi sualların cavablarını öyrənmək istəyirlər.

Onları əsasən, bulvarın bu hissəsinə yoldan necə keçə biləcəkləri maraqlandırır.

Belə ki, onların keçməli olduğu Nobel prospektinin bu hissəsində avtomobillərin hərəkəti intensiv və hərəkət zolağı çoxdur. Bu yerdə yolu keçmək hətta kifayət qədər yetkin insanlar üçün çox çətindir, nəinki uşaq və yeniyetmələr. Uşaq arabası ilə olan anaların isə yolun bu hissəsindən demək olar keçmək imkanı yoxdur. Çünki küçənin bulvar tərəfində hündür bardür var. 1 km-dən uzun olan bu bordürlə bulvar arasında böyük yaşıllıq ərazi var. Bəs sakinlər bulvarın ərazisinə haradan daxil olacaqlar?

Bu və digər suallara cavab tapmaq üçün Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova müraciət etdik. Məcidov bulvarın bu hissəsinin bulvar idarəsinə aid olmadığını bildirir:

“Bulvarın Ağ şəhər hissəsi yola tərəf dəniz boyunca təxminən 150 -250 metr olacaq. Qalan hissədə isə 500-700, elə yer var ki, 1 kilometrə qədər məsəfə var. Maşın yoluna qədər olan məsafəyə Bakı şəhər İcra Hakimiyyəti baxır. Bilirsiniz ki, Ağ şəhərin təşkilatı var və bəzi şeylərin məsuliyyəti onlara aiddir. Yəni, bulvaracan hardan keçidlər olacaq; harda yeraltı keçid olacaq, harda yerüstü keçid olacaq, insanlar bulvara hardan girəcək, bu barədə bulvar idarəsində məlumat yoxdur. Çünki bu, bilavasitə bizə aid olan məsələ deyil”.

Bəs bu qurumlar həmin mövzu ilə bağlı sizə hər hansı məlumat verməyiblər?

“Onlar bizə xəbər verməyə eytiyac görmürlər. Çünki bizə aid olmayan məsələdi. Bir şəhərsakini kimi, birvətəndaş kimi düşünürəm ki, o ərazidən insanların bulvara rahat girməsi üçün heç olmasa 500 metrdən bir keçidlər olmalıdır. İndi bu yeraltımı, yerüstümü olacaq, buna hökümət qarar verməlidir”.

KİV-də, bulvar ərazisində tramvay olma ehtimalı barədə məlumatlar yayılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Dənizkənarı Bulvar ərazisində tramvayların hərəkətetmə ehtimalını istisna etmir. Hansı tramvaylardan söhbət gedir? Bəyəm bulvar ərazisində rels qoyulacaq?

“Yeni bulvarda tramvay siz fikirlədiyiniz kimi dəmir yolu xəttində hərəkət edən tramvaylar deyil. Bu, hazırda bulvarın ərazisində təkərlərlə hərəkət edən qatarlardır. O cür qatarlardan yeni bulvarda da istifadə olunacaq. Çünki bilirsiz ki, bulvar 3 km Ağ şəhərə uzanıb. 2 km, bir az da artıq. Bayraq meydanından sonra Bibiheybətə tərəfə uzanır. İndiki bulvarla əlavə 5 km olan hissəni birləşdirəndə onun uzunluğu 15 km olacaq. Bu məsəfəni piyada gəzmək qeyri mümkündür. Ona görə də biz bulvarın hər bir hissəsində həmin hissəyə aid marşrutlar açmışıq və indidə var. Azneft meydanından saat qülləsinə gədər gedib qayıdan bir marşrut var. Saatqülləsindən Dəniz vağzalına qədər gedib qayıdan başqar marşrut var, İdman Sarayından Bayraq meydanına qedib qayıdan marşrut var. Ağ şəhərdə də belə bir marşrut nəzərdə tutulub”.

Ağ şəhərin bulvar şəraitindən və istirahət növlərindən danışaraq N. Məcidov dedi :

“Mən bu gün sizə Ağ şəhər bulvarı haqqında deyə bilərəm ki, indiki bulvar Dəniz vağzalının qarşısından keçərək Nobel prospekti istiqamətində 3 km uzanır. Hazır olduqdan sonra Ağ şəhərin bulvar adlanan ərazisi insanların istifadəsinə veriləcək. Gördüyüniz bu bulvarda, hazırki bulvarda və yeni istifadəyə verilmiş bulvarın İdman sarayından Bayraq meydana qədər uznan hissəsində insanların sahil boyu gəzintisi üçün geniş bir zolaq olacaq ki, orda gəzəcəklər. Salınacaq yaşıllıq hissələrdə ağaclar, kollar, çiçəklər, güllər əkiləcək. Orda yeraltı sanitar qovşaqları da olacaq. İndi olmasada gələcəkdə insanların istirahəti üçün kafelər, çayxanalar, və s. iaşə obyektləri nəzərdə tutulur. Yeni hissədə bir neçə müasir atraksion və karusel olması nəzərdə tutulur”.

Sonda cənab Məcidov velosiped sürməyi, katerlə dəniz gəzintisini sevənlərə də şad xəbər verdi:

“Orda da velsoped xətlərinin olması nazardə tutulur. Nə qədər reallaşacaq, biz onu yaxın vaxtlarda deyəcəyik. Kater gəzintilər də nəzərdə tutulur. Orda estakadalar da var və gəmilərin ora yan almaqimkanı olacaq. Ola bilsin ki, gəmi marşrutları ordan da harəkət etsin”.

Əsas bulvarla yeni hissənin birbaşa qovuşması barədə danışan rəis müavini köhnə ilə yeni bulvar aralarında elektromobillərin istifadasi mümükünlüyünü də istisna etməyib:

“Dəniz vağzalını keçən kimi orda böyük tikinti işləri gedir. Həmin o tikintinin qarşısında dənizin sahilində bulvarın davamı olacaq. O tikinti başa çatdıqdan sonra bu bulvarın davamı kimi sahil boyu dənizin sahili ilə insanların rahat keçməsi üçün Ağ şəhərə ən azı 100 və ya 150 metr genişliyində zolaq olacaq. Ağ şəhər bulvarı ilə köhnə bulvarın arasında sahilboyu dənizin sahilində birbaşa rabitə olacaq. Bu rabitəni təmin etmək məqsədilə yeni elektromobillər də gətiriləcək”.