backend

Huquq elmlər doktoru Hacı Xaliq Əhmədzadənin müraciəti!

Huquq elmlər doktoru Hacı Xaliq Əhmədzadənin müraciəti!


Bütün Kütləvi İnformasiya Vasitələrinin Nəzərinə!

Huquq elmlər doktoru Hacı Xaliq Əhmədzadənin müraciəti!

Hörmətli Media Nümayəndələri!

Əziz həmvətənlər!

Son vaxtlar AMEA-nın sabiq əməkdaşı, barəsində AR CM-nin 221.3-cü maddəsilə (xuliqanlıq) və xüsusi ittiham qaydasında AR CM-nin 147.2, 148-ci maddələri ilə cinayət işi olan, 17 B ilə hərbi xidmətdən yayınmış, qısa müddətdə bir neçə dəfə ailə qurub boşanmış və cəmiyyətdə məişət pozğunu kimi tanınan Ruşan Ruşanzadə tərəfindən elektron saytlarda və bütün KİV-lərdə mənim və ailə üzvlərim haqqında həqiqətə uyğun olmayan və dəqiqləşdirilməmiş sifarişli qara piar-böhtan kampaniyası aparır.

Sizə səmimi olraq bildirirəm ki, mən Nəsimi rayon Məhkəməsində dələduzluq maddələri ilə həbs olunmamışam, heç vaxt heç bir bankdan kredit götürməmişəm və vergidən yayınmamışam.

Mən dövlətimi sevirəm, dəfələrlə səmimi və rəsmi şəkildə bildirmişəm ki, cənab prezidentimizin müsəlləh əsgəriyəm, onun ailəsinə bütün ailə üzvlərimizlə sadiqiq və ömrümüzün axırına qədər də sadiq qalacayıq. Mənim də, qardaşlarımın da vətənimizə, dövlətimizə və dövlətçiliyimizə olan sevgimiz və sədaqətimiz boş sözlərdə deyil, hər zaman əməli işlərdə özünü göstərib və bundan sonra da ömrümüzün sonunadək bu dəyişməz olaraq qalacaq.

Həmçinin bəyan edirəm ki, mənim hüquq mühafizə orqanları, rəhbərləri və şəxsi heyəti ilə heç bir problemim yoxdur, olmayıb və olmayacaqdır. Mən hüquqşünas alim kimi bütün qanunlara hörmət edirəm. Qanun mənim üçün həmişə şah olub.

Sonda bütün KİV-lərin və elektron saytların hörmətli rəhbərlərindən artıq dərəcədə xahiş edirəm, mənim şəxsiyyətimlə bağlı dezinformasiya xarakterli informasiyaları bizimlə əlaqə saxlamadan yayımlamasınlar. Mənim 2 nümayəndəm və 2 vəkilim vardır. Lazım gələrsə, xahiş edirəm, KİV nümayəndələri özümlə, nümayəndələrimlə və yaxud da vəkillərimlə əlaqə saxlaya bilərlər.

Əlaqə telefonumuz: (070) 562-73-58

Hörmətlə: Hacı Xaliq Əhmədzadə.

Qaynarxətt.az