backend

SON DƏQİQƏ!!! MÜSƏLMANLAR MEYDANA AXIŞIR - Moskva qarışdı... - VİDEO-FOTO

SON DƏQİQƏ!!! MÜSƏLMANLAR MEYDANA AXIŞIR - Moskva qarışdı... - VİDEO-FOTO

Polis baş verənlərə müdaxilə etmir

Moskvada bir neçə yüz müsəlman Myanma səfirliyi yaxınlığında razılaşdırılmamış mitinq təşkil edib. Onlar etnik qrup rohincanın təqib olunmasına etiraz edirlər.

İstiPress Rusiya mətbuatına istinadən xəbər verir ki, toplaşanlar "Allahu Əkbər" deyə qışqırırlar. Jurnalist İlya Varlamov isə bildirir ki, onlar həmçinin "Buddistlər — terrorçudurlar!" deyə şüarlar səsləndirirlər. Polis baş verənlərə müdaxilə etmir.

Xatırladaq ki, Myanmada 25 avqustdan müsəlmanlara hücum başlayıb.

Myanma ordusunun Arakana hücumları nəticəsində 60-dan çox kənd hədəfə alınıb, onlarla kənd yandırılıb, çoxlu sayda dinc müsəlman qətlə yetirilib.

Hazırda Arakandan qaçan on minlərlə müsəlman Banqladeş sərhədinə toplaşıb.

Ümumiyyətlə, Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 73 minə çatıb.






SON DƏQİQƏ!!! MÜSƏLMANLAR MEYDANA AXIŞIR - Moskva qarışdı... - VİDEO-FOTO