backend

TƏCİLİ!!! Cənab Arif Qasımov, siz kimi aldadırsınız ? Prezidenti ?

TƏCİLİ!!! Cənab Arif Qasımov, siz kimi aldadırsınız ? Prezidenti ?

Məlumdur ki, yay mövsümündə Bakıdakı metro çıxışları, yol qıraqları, yaşıllıqlar, parklar açıq havada “gecəqondu” çayxanalar, kafelər, pivəxanalarla dolub-daşır.
Bir gecənin içərisində açıq havada qanunsuz olaraq “palatka-ictimai iaşə obyektləri” yağışdan sonra göbələklər kimi artıb çoxalır.

Əlbəttə, bu obyektlərin icra başçılarının icazəsi və mənfəəti olmadan fəaliyyət göstərməsi mümkün deyil. Bu proses havalar soyuyanadək davam edir. Payızın axırına yaxın bu “gecəqondu obyektlər” yığışdırılır. Bir də havalar isinəndə, yəni aprel-may aylarında yenidən proses başlayır.

Ancaq bu gün NUH.az-ın əməkdaşı Nizami rayonu ərazisində gözlənilməz bir mənzərə ilə rastlaşıb.
Nizami rayonu ərazisindəki gecəqondu-palatka obyektlər bütün rayon ərazisində yığışdırılıb.

NUH.az-ın əməkdaşı məsələni araşdırmaq qərarına gəlib.
Bəlli olub ki, bu gün, sentyabrın 5-də Prezident İlham Əliyevin Nizami rayonuna səfəri ilə bağlı dünən axşam rayonun icra başçısı Arif Qasımov qəti göstəriş verib ki, rayon ərazisindəki bütün qanunsuz obyektlər yığışdırılsın və Prezidentin səfəri başa çatandan sonra bərpa olunsun. Və tapşırıq bir neçə saata icra olunub. Buna azca şübhəsi olanlar Nizami rayonundakı Qara Qarayev metrosunun ətrafındakı biabırçı mənzərənin şahidi ola bilərlər.
Bizim məqsədimiz Arif Qasımovun biabırçı göstərişini ictimailəşdirmək deyil.
Axı, biz nə vaxta qədər özümüzü və ölkə başçısını aldatmaqla məşğul olacağıq ?
Şair Məmməd İsmayıl demişkən, “ Kimi aldadırsan, ay zalım oğlu?”.
Cənab Arif Qasımov, siz kimi aldadısınız ? Prezidenti ?
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


qaynarxett.az