backend

Kişi altı nəvəsini və qızını güllələdi

Kişi altı nəvəsini və qızını güllələdi






















Uşaqların ən kiçiyi 3 aylıq, ən böyüyü isə 10 yaşında idi.

Hadisə Florida ştatının şimalında Bell şəhərində baş verib.

Belə ki, 51 yaşlı Don Spirit nəvələrini və qızını güllələyib. Yerli polis nümayəndələri törətdiyi əməldən sonra kişinin intihar etdiyini bildiriblər.

qaynarxett.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət nümayəndələrinin verdiyi məlumata görə, atəşi 51 yaşlı yerli sakin Don Spirit açıb.

Keçmişdə o dəfələrlə asayiş mühafizəçilərinin diqqətini çəkib və kriminal fəaliyyətə görə cəlb edilib. Kişinin törətdiyi əməlin motivləri bəlli deyil.

Bellin əhalisi təxminən 350 nəfərdən ibarətdir. Bu şəhər Floridanın şimal hissəsində yerləşir.