backend

Göyçayda HAR BAYRAMI - Başçının sürücüsü o qədər içdi ki, şalvarına .....

Göyçayda HAR BAYRAMI - Başçının sürücüsü o qədər içdi ki, şalvarına .....

Noyabrın 3-də Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi 12-ci “Nar bayramı” keçirilib.

Biz də XəbərAl.az saytı olaraq , əsası eks- icra başçı Mübariz Ağayev tərəfindən qoyulan Nar bayramında heç zaman iştirak etmədiyimiz üçün Göyçaya yollandıq.

Təməli Göyçayın eks-icra başçısı olan Mübariz Ağayev tərəfindən qoyulan Göyçayda təşkil olunan nar bayramı artıq bir neçə ildir ki, təntənəli sürətdə qeyd olunur. Qərara aldım ki, XəbərAl.az saytı adından dünən baş tutan Nar bayramına yollanım və hər il keçirilən ənənəvi festival haqqında gözəl bir yazı hazırlayım. Doğrudan da, tədbirə o qədər tələsirdim ki, tez çatıb o gözəl bayramın şahidi olum. Axı, mən də əslən Şirvan diyarındanam. Çox təəsüflər olsun ki, tədbirə çatar-çatmaz peşman oldum. Çox soyuq , süni göstəriş üzərində qurulmuş bir tədbir.....

Tədbir ilk başladığı ərəfələrdə Göyçayın icra başçısı məyus üz ifadəsi ilə dayanmışdı. Sanki icra başçısı Mehdi Səlimzadə tədbirin təşkilinə çox peşman idi. Tədbirin maliyyə məsələsi Aznar biznesmen kimi tanınan Fərhadın üzərinə düşüb. Nəhayət ki,İcra başçısı Mehdi bəyin gözlədiyi Aznar Fərhad kimi tanınan milyarder gəldi çıxdı. Və Mehdi bəyin üzü gülməyə başladı....

Ən gülməlisi odur ki, Fərhadın gəlişi ilə Nar bayramı yaddan çıxdı. Fərhadın “bəy tərifi” başlandı. Mühafizəçilər, özlərini “görməmiş” kimi aparan şəxslər, Fərhadı qoruyan “gədələr”, polis maşınının müşayiəti və daha nələr-nələr... Sanki Fərhadın toy günüdür. Fərhadın özündən razı hərəkətləri, jurnalistlərə və Göyçay camaatına üstdən aşağı baxmağı, başçı ilə hərdən jurnalistlərə baxıb “gülümsəmələri” onu göstərdi ki, bu nar bayramı yox “ qara bayram”dır.

Tədbirin gəzişməsi bitdi. Göyçayda yerləşən Şah şadlıq sarayında böyük bir ziyafət təşkil olunmuşdu. Bu ziyafət sanki Mehdi bəylə Aznar Fərhada nəzərdə tutulmuşdu. Respublikanın mötəbərlərindən çox az adam, eks-başçı Mübarız müəllim də bu tədbirdə idi. XəbərAl.az saytı qeyd edir ki, bir neçə saat jurnalistlər içəri buraxılmadı və nəhayət, icra başçının şoferi başçının komandasının icrsdıns başladı. Televiziyaların bölgə müxbirlərinin tədbiri tərk etməsi gözümüzdən yayınmadı. Və nəhayət, qapının ağzında bir yoxsul kütlə gözündə görülən jurnalistlər zala buraxıldı. Başda - bəy gəlin stoluna bənzəyən yerdə, başçı başda olmaqla rayona pul buraxan sahibkarlar üçün xüsusi yer hazırlanmışdı.

Fərhadla “bəy” yanaşı oturub araq və çaxırlardan içərək insanları ələ salıb gülürdülər. Bir Azərbaycan kinosunda deyildiyi kimi "Hara getdün ay Məşədi Kazım?" . Bu məsəl Göyçayın eks-başçısı Mübariz Ağayevə aid idi. O, belə etməzdi, çünki hamıya eyni gözlə baxırdı. Bir sözlə bu tədbir sıfır vəziyyətində idi. Amma ziyafətdə araq bol idi. Fikrim başçının sürücüsündə idi. Zalım oğlu elə içirdi ki, elə bil alabaxta palıd udur. Eşitdiyimizə görə, başçının sürücüsünə Göyçay camaatı "Kral" deyə müraciət edir. Hardasa 1 saat sonra başçının sürücüsünün piyan olduğunu gördüm. Sürücü dəm durub restoranın girişində, elə bil dornazordu ya da yol kəsən. Hətta bir neçə dəqiqə keçdi başçının şoferi piyan olduğu üçün şalvarını da islatdı. Həqiqətən, çox gülməli idi . Bir sözlə, başçının şoferi məclisə dahada gülmək qatddı

Eks-başçı Mübariz müəllim isə elə sakit oturmuşdu ki adamın yazığı gəldi. Çox hörmətsiz, izzətsiz hətta çıxış üçün belə söz verilmədi. Mübariz Ağayevin təşkil etdiyi nar bayramından və hətta o eks-başçıdan əsər-əlamət yox idi.

Başçı ilə Aznar Fərhad o qədər piyan idilər ki, özləri danışıb özləri gülürdü. Bu tədbirdə sonacan iştirak etməyi özümə söz verdim. Amma sürücü başa düşdü ki, mən araq içməklərini çəkirəm polislərə əmr verdi ki, məni tədbirdən uzaqlaşdırsınlar. Tədbirdən uzaqlaşdım. Sözsüz ki, sonda başçı ilə sürücüsü dans oynayacaqdılar.
XəbərAl.az saytı olaraq Göyçay şəhərindən təəssüf hissi ilə geri qayıtdıq. Demək olar ki, rayonu icra başçısı yox, sürücü idarə edir.

Qaldı ki, Aznar Fərhada... Fərhad özünü ziyalı sırasında ağayana və milyarder pullu saymazyana aparırdı.

Yazımın sonunda onuda qeyd edim ki, çox güman gələn il Nar bayramı olmayacaq

Onu da nəzərinizə çatdırım ki, başçı Sumqayıtın icra başçısı Zakir Fərəcovun yaxınıdır və Göyçaya başçı təyin olunmaqda Mehdi Səlimzadəyə yaxından dəstək olub.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gələn nar bayramında görüşənədək...



Mirismayıl Xələfli


qaynarxett.az