backend

Qusar sakini nədən giley edir? - Müraciət

Qusar sakini nədən giley edir? - Müraciət















RegionXeberleri.com-a Qusar rayon sakinləri olan Ağamirzəyevlər ailəsi tərəfindən şikayət ərizəsi daxil olub. Narazı vətəndaşların şikayətlərini olduğu kimi dərc edirik.

"Azərbaycan Respublikasının birinci vitse- prezdenti Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanm Qusar rayon icra başçısı Şair Alxasov, Qusar rayonun Samur qəsəbəsi ərazisində 1992-1993-cü illərdə, əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evimi, 2 otaqlı hamam binasını, 2 otaqlı yardımçı binanı,02.06.2010-cu il tarixdə məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas, səbəb olmadan, tamah məqsədilə, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə texnika ilə sökdürərək, bütün əmlakım qəsdən məhv edilməklə, evimdə saxladığım 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaratmaqla, Azərbaycan Respublikası CM-nin 157.1, 177.3.2, 186.2.1, 308.1 və 309.1-ci maddələrdə nəzərdə tutulan cinayət tərkibli hərəkətə yol vermişdir.

8 il ərzində Qusar rayon prokurorluğun rəhbərliyi ilə qeyri-obyektiv araşdırma aparılmış, Şair Alxasovun cinayət tərkibli hərəkətləri müdafiə edilmiş, hal hazıra qədər prokurorluğun rəhbərliyi ilə qəbul edilmiş bütün qərarlar, Qusar rayon məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarları ilə dəfələrlə ləğv edilərək, materiallar Qusar rayon prokurorluğuna qaytarılmışdır.
Bütün hallarda Şair Alxasov öz nüfuzundan istifadə edərək, hüquq-mühafizə, məhkəmə organlarının işinə qanunsuz müdaxilə etməklə, həmin organlar tərəfindən qanunamüvafiq qərarların qəbul edilməsinə maneçilik törətməkdədir.
Qusar RİHB-sı Şair Alxasovun cinayət hərəkətlərı məni Qusar RİH-i binasının qarşısında özümü intihar etməyə, ya da Şair Alxasovu fiziki olaraq məhv etmək məcburiyyətinə gətirib çıxarmışdır.
Bütün əmlakımı qəsdən məhv etməklə cinayət tərkibli hərəkət etmiş, azğınlaşmış, tamahkar, öz biznesin həcminin artırılması ilə məşğul olan, vətəndaşların heç bir müraciətini həll etməyən, vətəndaşlarla təvəzökar davranmayan, özünü Qusar rayonun " PADŞAHI " elan etmiş Şair Alxasov barəsındə qanunamüvafiq tədbirlərin görülməsini Sizdən dönə-dönə xahiş edirəm.
Ümüdvaram ki, yardımınızı əsirgəməyərək, ailəmizdə baş verə biləcək ailə faciənin qarşısının alınmasında köməklik göstərəcəksiniz.
İmza; Ağamirzəyevlər ailəsi 1. Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu- 2- ci grup əlil 2.Ağamirzəyeva Bəsti Əmrulla qızı- 2-ci grup əlil"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...