
“Bu, bazar qiymətlərindən təxminən iki dəfə çoxdur”.
Ukrayna Ali Radasının deputatı, Radikal Partiyanın lideri Oleq Lyaşko “Range Rover” markalı avtomobilini 70 min dollara satıb və pulu orduya verib.
qaynarxett.az musavat.com-a istinadən xəbər verir ki, deputat bu barədə Facebook-da yazıb.
“Bu, bazar qiymətlərindən təxminən iki dəfə çoxdur. Çünki, maşın 2008-ci ilin istehsalıdır və KİV-lərin yazdığı kimi dəbdəbəli deyil. Bu, gizli qalmaq istəyən alıcı üçün sərmayədir. Qeyri-təvazökarlığa görə bağışlayın, amma Lyaşkonun maşını daha qiymətlidir”, - deputat yazıb.
Lyaşko məlumat verib ki, maşının pulu ilə xüsusi təyinatlı batalyonlar üçün zirehli gödəkçələr, yataq döşəkləri, çadırlar, geyim, ratsiyalar, KamAz hərbi maşını və MAZ avtomobili alınıb.