backend

İLİN İLK GÜNÜ. Leyla xanım Seyidbəyli: "İstəyirəm ki, Allah hamıya, hər kəsin ailəsinə, doğmalarına sağlam keçən uzun ömür bəxş etsin".

İLİN İLK GÜNÜ.  Leyla xanım Seyidbəyli: "İstəyirəm ki, Allah hamıya, hər kəsin ailəsinə, doğmalarına sağlam keçən uzun ömür bəxş etsin".

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Bu gün MNX istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Burada son texnologiyalar tətbiq edilir, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər.

Azərbaycan səhiyyəsinin inkişafında öz töhfəsini verən, dəfələrlə ilkə imza atan MNX – nın mütəxəssisləri bu dəfə də sübut etdilər ki, artıq hər bir xəstəliyin çarəsini tapmaq üçün digər ölkələrin klinikalarına deyil, məhz MNX-na üz tuta bilələr. Məhz bu səbəblərdən Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış əmrlərə əsasən əhaliyə göstərilən tibb xidmətlərinə görə Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”-ı ilə təltif edilmişdir. Xəstəxananın ən önəmli cəhətlərdən biri də Türk Standartları İnstitutu tərəfindən bütün dünyada qəbul edilən “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə sertifikat ilə təltif olmasıdır. Mərkəzi Neftçilər Xəstəxanası bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sürətləndirir. Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr fəaliyyət göstərir. MNX-na xaricdən dəvət olunan ekspertlər, tibb uzmanları azərbaycanlı həmkarlarını diaqnostika, müalicə və reabilitasiyanın müasir üsulları ilə tanış edirlər. Xəstəyə müəyyən edilmiş standartlara və müasir tələblərə uyğun olaraq tibbi yardımın göstərilməsi üçün, ekspertlər həm nəzəriyyə, həm praktiki təlimlər keçirirlər. MNX-sı tibbi sığortada keçirilən islahatları özünə məxsus yüksək səviyyədə qarşılamağa hazırdır Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə tibbi və dərman yardımı almasına təminat verir. MNX və olkəmizin digər nüfuzlu tibb müəssisələrini kütləvi informasiya vasitələrində haqsız tənqidə məruz qoyan mövzulardan biri də toibb i sığorta məsələsinin vətəndaşlar tərəfindən bir çox hallarda düzgün qavranılmamasıdır. Bəzən olur ki, sığortalı vətəndaşlar öz işlədikləri müəssisələrin sığorta şirkətinə vəsait ödəmədiyinə görə və ya sığorta şirkətinin xəstəxanaya pul köçürmədiyinə görə tibbi xidmətdən yararlana bilmir, sonra da haqsız olaraq, MNX-dan narazı qalırlar. Burada xatırlatmağa dəyər ki, Azərbaycanda ilk tibbi sığorta şirkəti olan “Şəfəq” 1998-ci ildə yaradılıb. Dünyada sürətlə inkişaf edən tibb sahəsinin əksər yeniliklərini Azərbaycanda ilk tətbiq edən MNX-sı ilk tibbi sığorta şirkəti ilə həmin il iş birliyi qurmuşdu. Hazırda MNX-sının Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi bir sıra sığorta şirkətləri ilə əməkdaşlıq edir. Yaxın zamanlarda universal sağlamlıq sığortası təqdim olunacaq və keçirilən islahatlar zamanın tələbinə uyğun olunacaq. MNX-sı tibbi sığortada keçirilən islahatları özünə məxsus yüksək səviyyədə qarşılamağa hazırdır.
İLİN İLK GÜNÜ.  Leyla xanım Seyidbəyli: "İstəyirəm ki, Allah hamıya, hər kəsin ailəsinə, doğmalarına sağlam keçən uzun ömür bəxş etsin".
Maliyyə şəffaflığı təmin olunur Marketinq şöbəsinin vəzifələrinə həmçinin xəstəxanaya müraciət edən xəstələrin qəbulunun təşkili, tibbi xidmətlər və qiymətlər barədə ətraflı məlumatlandırılması və nəzarət edilməsi və s. kimi öhdəliklər daxildir. Burada korrupsiya üçün heç bir zəmin yoxdur. Təmin olunmuş tam şəffaflıq şəraitində həkimlər göstərdikləri xidmətin müqabilində müəssisənin hesabına köçürülmüş maliyyə vəsaiti və onlara düşən əmək haqqı barədə məlumat alır, plastik kartları ilə bankdan pul çıxara bilirlər. Səhiyyə Nazirliyinin balansında təsərrüfat hesabı ilə fəaliyyət göstərən müəssisənin maliyyə baxımından idarə edilməsində insan amilinə böyük önəm verildiyindən, xəstələrə yararlandıqları tibbi xidmətin haqqını müalicənin və ya əməliyyatın başa çatmasından sonrakı aylarda da tədricən ödəyə bilmələri üçün imkan yaradılır. MNX-da şəhid ailələrinin, qaşqın və məcburi köçkünlərin, müharibə əlilləri və veteranlarının müraciətlərinə həssas yanaşılır, güzəştlər tətbiq olunur. Xəstəxananın Poliklinikasında bayram və əlamətdar günlər ilə əlaqədar “Açıq qapı” günləri keçirilir. Belə aksiyalar çərçivəsində bütün həkim heyəti iş günü ərzində ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərirlər.

Mərkəzi Neftçilər Xəstəxanası fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir, Hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir və məhz Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun Təkmilləşdirməsi Layihəsinə imza atılıb. 2010-cu ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşı olan Türkiyənin “Esim Software” şirkəti tərəfindən idarə edilən xəstəxana sözügedən layihənin həyata keçirilməsinə başlayıb. “Esim Software” şirkətinin OTOMATİP xəstəxana informasiya sistemi hazırda uğurla tətbiq edilərək Mərkəzi Neftçilər Xəstəxanasının tam istifadəsinə verilib. “Bizim xəstəxana yeniliklərə daim açıq olan bir müəssisədir və sözügedən layihənin tətbiqi buna sübutdur. Ümumiyyətlə, bu layihə xəstəxananın fəaliyyətinin effektivliyini artırıb. Belə ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası gələmlə yazı işindən 80-85% imtina edib, hədəfimiz isə xəstəxananı tam kompüterləşdirməkdir və düşünürəm ki, cari ilin sonunadək bu proses tam başa çatacaq, Ümumiyyətlə, məqsədimiz tam rəqəmsal xəstəxanaya çevrilməkdir”, – deyə xəstəxananın baş direktoru xanım Leyla Seyidbəyli KİV-ə bildirib. L.Seyidbəyli onu da əlavə edib ki, əgər bundan öncə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan hər bir xəstənin kağız qovluğunda saxlanılan ayrıca uçot kitabçası var idisə, hazırda bütün uçot kitabçaları elektronlaşdırılıb və bu da həkimin vaxt itkisini minimuma endirib: “Bizim xəstəxanada 1 000-dən artıq işçi çalışır ki, onların hamısı müasir avadanlıq və sistemdən istifadə etmək üçün lazımi təlimlərdən keçib. Hazırda xəstəxanada 8 şöbə fəaliyyət göstərir və bu ilin sonunadək sözügedən layihə bütün şöbələri tam əhatə edəcək. Bu gün biz layihə çərçivəsində statistik, texniki və 20-dən artıq digər modulların tətəbiqinə başlamışıq, yaxın gələcəkdə isə layihənin bütün 30 modulu tətbiq olunacaq”.
İLİN İLK GÜNÜ.  Leyla xanım Seyidbəyli: "İstəyirəm ki, Allah hamıya, hər kəsin ailəsinə, doğmalarına sağlam keçən uzun ömür bəxş etsin".
OTOMATİP sistemi müasir xəstəxana idarə etməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, “Ağıllı kart” sistemin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunduğundan yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılıb. “NFC xəstə biləkliyi” və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur. Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var.

Qeyd edək ki, MNX-da baş direktor vəzifəsi tibb elmləri üzrə fəlsəfə doktoru Leyla Seyidbəyliyə etibar edilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin rəisi işləmiş Leyla xanımın fəaliyyəti həmişə həm rəhbərlik, həm respublikanın səhiyyə ictimaiyyəti, həm də ona işi düşən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. MNX-da rəhbər vəzifənin icrasına başladığı ilk vaxtlarda verdiyi vədləri, açıqladığı proqnozları davamlı surətdə yerinə yetirən baş direktor ona etibar edilmiş işin öhdəsindən layiqincə gəlir, göstərilən etimadı müvəfəqiyyətlə doğruldur. Leyla xanım Seyidbəylinin peşakar,qayğıkeş və tələbkar xüsusiyətləri nəticəsində bu gün Mərkəzi Neftçilər Xəstəxanasının kollektivinə müraciət edən hər bir vətəndaş orada sağlamlığının bərpası üçün lazımi tədbirlər görülür. Leyla xanım Seyidbəyli deyir:
İLİN İLK GÜNÜ.  Leyla xanım Seyidbəyli: "İstəyirəm ki, Allah hamıya, hər kəsin ailəsinə, doğmalarına sağlam keçən uzun ömür bəxş etsin".
- Əvvəlcədən onu deyim ki, klinikamızın ərsəyə gəlməsində iki parlaq şəxsiyyətin böyük əməyi olub. Onlardan biri 62 il öncə yaradılan Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanasının ilk baş həkimi kimi uzun illər səmərəli fəaliyyət göstərən Həsən Əliyev, digəri isə 2000-2009-cu illərdə Mərkəzi Neftçilər Xəstəxanasına rəhbərlik edərək bu şəfa ocağında köklü islahatlar aparmış tibb elmləri doktoru Fəxrəddin Cavadovdur. Son yeddi ildə MNX-nın baş həkimi vəzifəsində çalışan Həbib Yüzbaşıyevin də klinikamızın inkişafında xidmətləri çoxdur.
Xəstəxananın həyatında son illərin ən əhəmiyyətli hadisəsi isə bu qurumun Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tərkibinə daxil edilməsidir. Ötən müddət ərzində MNX-da qazanılan çoxsaylı uğurlar bunun nə qədər düzgün qərar olduğunu göstərdi.
2012-ci ildən mən burada baş direktor kimi fəaliyyət gostərirəm. Bu müddətdə xəstəxanamızda 8 şöbə təmir olunaraq ən müasir avadanlıqla təchiz edilib, kilinikanın həkimləri tərəfindən çox sayda çətin, mürəkkəb əməliyyatlar aparılıb, yüzlərlə xəstələr gəlib, şəfa taparaq evinə dönüb.
Xəstəxananın yeni avadanlıqla təchizatı işi indi də davam etdirilir.

Biz hər zaman çalışırıq ki, xəstəxanamıza müraciət edən hər kəs bizdən razı getsin. Tutduğu vəzifədən asılı olmayaraq, müəssisəmizin işçi heyətinin məramı budur. Bizə üz tutan hər pasiyent həssas münasibət və peşəkar diqqətlə əhatə olunur. Dünyanın aparıcı klinikalarının da təcrübəsi göstərir ki, pasiyentlərə hərtərəfli qayğı normaya çevrilirsə, bu, uğur gətirir. Uğurlar da inkişafın hərəkətverici qüvvəsidir. Bu yanaşmanın bəhrəsi isə klinikanın yüksək peşəkar tibb müəssisəsi nüfuzunu qazanmasıdır ki, bu da hökmən özünü insanlarımızın sağlamlığında və MNX-nın hər bir fərdinin maddi rifahının yüksəlməsində büruzə verir. Ümumiyyətlə, tibbi xidmət sənətində xırda, əhəmiyyətsiz məqam yoxdur, ən kiçik diqqət nümunəsi belə, böyük uğurların açarına çevrilə bilir.

Sevindirici haldır ki, son illər xəstəxanamızda bir sıra mütərəqqi ənənələr də formalaşıb. Bunlardan biri “xəstə həkimə doğru” formulundan “həkim xəstəyə doğru” formuluna keçiddir. Məhz həmin ənənə çərçivəsində həkimlərimiz briqada şəklində Azərbaycanın müxtəlif bölgələrində olur, orada mürəkkəb cərrahi əməliyyatlar yerinə yetirirlər. İndiyədək mütəxəssislərimiz Lənkəran, Astara, Qəbələ və digər bölgələrdə neçə-neçə böyrəkköçürmə və açıq ürək əməliyyatlarını uğurla aparıblar. MNX-nın həkim briqadası ildə bir dəfə Naxçıvanda olur və orada kifayət qədər mürəkkəb əməliyyatlar kecirir.

Daha bir ənənəmiz ümumxalq bayramlarında, əlamətdar günlərdə pulsuz xidmət aksiyalarıdır. Xəstəxanamızın təsərrüfat hesablı müəssisə olmasına baxmayaraq, belə tədbirləri genişləndirməyə çalışırıq. Bu aksiyalar barədə əvvəlcədən televiziyada elan verilir. Həmin günlərdə xəstəxanaya çoxsaylı vətəndaşlar müraciət edir və biz də onların hamısına kömək üçün əlimizdən gələni əsirgəmirik.
Diqqətəlayiq haldır ki, xəstəxanamıza MDB ölkələrindən, digər yaxın xarici dövlətlərdən müraciətlər davam edir. Son vaxtlar Gürcüstandan, Qazaxıstandan gəlmiş pasiyentlərin əməliyyatını müvəffəqiyyətlə həyata keçirmişik.

Ölkəmizdə ürək cərrahiyyəsinin pionerlərindən olan MNX-nın kardiocərrahlarının yüksək peşəkarlığı hər kəsə məlumdur. Uşaq ürək cərrahiyyəsi sahəsində də xəstəxanamız Azərbaycanın öndə gedən tibb ocaqlarındandır. Eyni zamanda, klinikamızın bizi daim qürurlandıran orqan transplantasiyası şöbəsi də yarandığı gündən uğurla fəaliyyət göstərir. İndiyədək burada 300-ə qədər böyrək və 100-ə qədər qaraciyər köçürülüb.
Hazırda Azərbaycanda icra olunan xroniki böyrək çatışmazlığı üzrə proqramın böyrəkköçürmə ilə bağlı bəndləri əsas etibarilə MNX-da həyata keçirilir. Hemodializə gəlincə, on il bundan əvvəl ölkəmizdə cəmi iki-üç yerdə dializ mərkəzi var idisə, Prezident İlham Əliyevin səhiyyəmizin inkişafına daimi qayğısı sayəsində bu gün belə mərkəzlərin sayı onlarladır. Xəstəxanamızda da Hemodializ şöbəsi artıq neçə ildir uğurla fəaliyyət göstərir. Burada hazırda təqaüddə olan neftçilərimiz və haqqında danışdığım Dövlət Proqramı üzrə daxil olan xəstələr vaxtaşırı müalicə alırlar.

MNX-nın son illər əldə etdiyi nailiyyətlər təkcə bu tibb müəssisəsinin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin, ölkə rəhbərliyinin uğurlarıdır. 2005-ci ildə professor Oqtay Şirəliyevin səhiyyə naziri təyin olunması ilə Azərbaycan səhiyyəsində canlanma yarandı. Prezidentin tapşırıqlarına uyğun olaraq, ölkəmizin bölgələrində tibb müəssisələrinin inşası, əsaslı təmiri və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlandı. Bu gün Bakıda və regionlarımızda tibbin ən yeni nailiyyətlərinin bacarıqla tətbiq edildiyi çox sayda səhiyyə ocaqları fəaliyyət göstərir.
Rəqabət həmişə var və olacaq. Biz də çalışırıq ki, sağlam rəqabət olsun. Çünki o, inkişafa stimul verir. MNX-nın rəhbərliyi daim mütərəqqi təşəbbüsləri dəstəkləyir, yeni müalicə üsul və istiqamətlərinin yaradılması, inkişafı üçün əlindən gələni əsirgəmir.
Ümumiyyətlə, hansı tibb müəssisəsində çalışmasından asılı olmayaraq, həkimlərimizin amalı xalqımıza xidmət etmək, insanlarımızı sağlamlığına qovuşdurmaqdır.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, tezliklə bütün ölkə əhalisinin tibbi sığorta sistemi üzrə müayinə və müalicəsinə başlanacaq. Bu, insanların öz sağlamlıqlarına həssas yanaşmaları ilə yanaşı, bütövlükdə səhiyyəmizin daha sürətli inkişafına yol açacaq. Belə ki, həkimə getmək üçün maddi qayğısı olmayan şəxslər keyfiyyətli müalicə üçün həkimlərini də özləri seçə biləcəklər. Nəticədə, bacarıqlı, hazırlıqlı həkimlərə tələbat daha da artacaq, sağlam rəqabət güclənəcək. Müayinə və müalicə işində əsas meyar həkimin peşəkarlığı, klinikanın bundan qaynaqlanan nüfuzu olacaq.

Yeni ilə başladıgımız bu ilk günlərdə arzum budur ki, heç kəs xəstələnməsin. Amma təəssuf ki, həmişə belə olmur. Həyat varsa, xəstəlik də, xəstələnmə təhlükəsi də mövcuddur. İstəyirəm ki, Allah hamıya, hər kəsin ailəsinə, doğmalarına sağlam keçən uzun ömür bəxş etsin.

Qaynarxett.az