backend

Erməni milyonçu Fransanı bir-birinə vurdu

Erməni milyonçu Fransanı bir-birinə vurdu






















O, dəyəri 100 milyon olan unikal rəsm əsərləri gətiribmiş.

Fransa polisi rus həmkarları ilə birlikdə məşhur erməni art-diler, milyonçu Qarik Basmacyanı axtarır.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni milyonçu vaxtilə SSRİ-yə Ermitaj və Tretyakov qalereyasında nümayiş etdirmək üçün dəyəri 100 milyon olan unikal rəsm əsərləri gətiribmiş.

Moskvada danışıqlar aparan erməni art-diler sonradan qəflətən yoxa çıxmışdı. Onun Fransadan gətirdiyi misilsiz rəsm əsərləri isə hələ də Ermitajda saxlanılır.

Artıq bu sirli işdə irəliləmənin də olduğu da bildirilir. Fransada keçmiş boksçu, SSRİ vətəndaşı olan Aleksandr Podlesnı saxlanılıb. Onun erməni milyonçunun izsiz-soraqsız yoxa çıxmasında əli olduğu bildirilir.

Qeyd edək ki, Qarik Basmacyan 1947-ci ildə Yerusəlimdə doğulsa da 1960-cı illərdə İrəvana gəlmişdi. 1977-ci ildən Parisdə yaşamağa başlayan erməni sonradan Avropada tematik topluların ən böyük müəlliflərindən birinə çevrilmişdi. Onun sərgiyə çıxarmaq üçün Parisdən SSRİ-yə apardığı rəsm əsərlərinin müəyyən hissəsini götürərək digər ölkəyə qaçdığı ehtimal edilir.