backend

İRANDAN ŞOK ACIQLAMA: "Türkiyə Afrində İsrail ilə savaşır"

İRANDAN ŞOK ACIQLAMA: "Türkiyə Afrində İsrail ilə savaşır"

İran: Türkiyə əslində Afrində İsrail ilə döyüşür.

A24.az xəbər verir kİ, İranın dini lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vəlayəti ABŞ-ın Suriyanı Fərat çayının şərqindən bölmək istədiyini bildirib.

Paytaxt Tehranda Birləşmiş Millətlər Təşkilatının İraq nümayəndəsi Jan Kubişi qəbul edən Vəlayəti görüşdən sonra təşkil edilən mətbuat konfransında “Washington rəhbərliyi və onun tabeliyində olan terrorist qruplar Fərat çayının şərqində yeni bir dövlət qurmaq üçün hərəkətə keçib. Amma ABŞ və onun müttəfiqləri artıq regionda güclü deyil. Region xalqları Pentaqonun planlarını həyata keçirməsinə icazə verməyəcək” – deyib.

İRANDAN ŞOK ACIQLAMA: "Türkiyə Afrində İsrail ilə savaşır"

Tehranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan Vəlayəti “ABŞ-ın ssenariləri bitmir. İsrail və Səudiyyə Ərəbistanı parçalanmış Suriya layihəsini dəstəkləyir” deyə sözünə davam edib.

İranın rəsmi agentliyi Tasnimdə apardığı analizdə terror təşkilatı PKK-nın İsraillə əlaqəsinə toxunulub. Təşkilatın Təl-Əvivdən silah alması ilə bağlı vurğuladığı analizdə “Zeytun budağı” əməliyyatı üçün “Türkiyə əslində Afrində İsrail ilə savaşır” deyilib.