backend

Goranboy fəqan eyləyir

Goranboy fəqan eyləyir

























İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev rəhbərlərdən mərhəmət diləyir.

İsmayıllı rayonunda vəzifəli şəxsin oğlunun at oynatması ilə əlaqədar ölkə başçısının sərt təpkisi bəzi məmurları özlərini yığışdırmağa vadar eyləyib. Belə məmurlardan biri də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir. Onun fərasətli oğlu Ramalın rəhbərlik etdiyi “Fəqan Xidmət” vasitəsilə həyata keçirdiyi tədbirlər və çirkin əməllərin müəllifi bilinmir ki, özüdür, yoxsa oğludur? Elə bu səbəbdən də araşdırma aparmadan yuxarılar qərar qəbul edə bilmirlər.
Belə ki, şirkəti Ramal öz adına deyil, Mingəçevir şəhərində yaşayan dostu Fəyaz Məmmədovun adına sənədləşdirib. İcra başçısı və oğlu dövlət büdcəsindən abadlıq üçün ayrılan pulları iş görən sahibkarlara həmin şirkətin adından özləri paylayıblar. Bütün sahibkarlar işlərini görüb kirimişcə pullarını alsalar da Müqayis Verdiyev adlı birisi əngəl törədib və nəticədə başçı tərəfindən ciddi cəzalandırılıb. Müqayisin rəhbərliyi altında işləyən fəhlələr əmək haqlarını düzgün almadıqları üçün İcra Hakimiyyətinin qarşısına toplaşıblar və bu toplantı M.Verdiyevin həbsi ilə yekunlaşıb. Bundan sonra başçının oğlu təcili olaraq rayondan uzaqlaşıb.
İcra başçısı işi çox da qabartmamağa çalışsa belə bu alınmayıb. Məsələ ictimailəşdikdən sonra yuxarılar da məlumat alıblar. Müqayislə başlanan mənimsəmənin izi araşdırma aparanları haradək aparacaq, bunu heç kim bilmir.