backend

“Total” neft şirkətinin prezidenti faciəvi şəkildə ölüb

“Total” neft şirkətinin prezidenti faciəvi şəkildə ölüb






















Cinayət işi başlanıb.

Moskvanın “Vnukovo” aeroportunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3-ü ekipaj üzvü olmaqla 4 nəfər ölüb.

qaynarxett.az xəbər verir ki, APA-nın verdiyi məlumata görə, “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub.

İtar-Tass isə hadisə nəticəsində 5 nəfərin öldüyünü qeyd edir. Agentliyin məlumatına görə, qəza nəticəsində Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjeri ölüb.

“Bu gecə “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Təyyarədə olan 3 ekipaj üzvü və sərnişin ölüb. Mən sərnişinin “Total” şirkətinin rəhbəri Kristof de Marjeri olduğunu təsdiqləyirəm”, deyə “Vnukovo” aeroportunun nümayəndəsi Yelena Krılova bildirib.

Aeroportun fəaliyyəti artıq bərpa olunub.

Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb.