backend

Bakıda gənc qızı zorlayıb qarət etdilər

Bakıda gənc qızı zorlayıb qarət etdilər






















O, qızı zorlayandan sonra avtomobildən düşürüb.

Bakıda 23 yaşlı qız zorlanıb.

qaynarxett.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, paytaxt sakini 1991-ci il təvəllüdlü A.Ə 23-cü polis bölməsinə müraciət edərək oktyabrın 24-də saat 17.00 radələrində, Q.Qarayev prospekti 28-in qarşısında Rəhman adlı şəxs onu işə düzəltmək adı ilə “VAZ 2106” markalı naməlum nömrəli avtomobilə əyləşdirərək Dərnəgül şosesində yerləşən naməlum ünvana aparıb.

A.Ə-ni orada zorlayan həmin şəxs qızın əl çantasından 150 manat pul və mobil telefonunu götürüb.

Daha sonra onu H.Əliyev prospekti 119-un qarşısında avtomobildən düşürüb. Hadisəni törədən şəxs axtarılır.

Faktla bağlı araşdırma aparılır.