backend

Azərbaycanda dəhşət: Canavar dörd uşağı parçaladı - FOTO + YENİLƏNİB

Azərbaycanda dəhşət: Canavar dörd uşağı parçaladı - FOTO + YENİLƏNİB






















Onların arasında hamilə qadın da olub.

Dünən Yardımlının Astanlı kəndinə də canavar evə hücum etmişdi. Lakin günorta vaxtı olduğundan evdəkilər onu döyüb öldürüblər.

qaynarxett.az xəbər verir ki, bunu Lent.az-a gecə canavarın evə hücum edərək 4 nəfəri yaraladığı Cəlilabadın Buravar kəndinin icra nümayəndəsi Tofiq Ağayev deyib.

Onun sözlərinə görə, bir neçə gündür davam edən yağış və aclıq səbəbindən vəhşilər kəndlərə hücum edir:

“Axşam eşitdik ki, bizim kənddə də canavar evə hücum edib. Şahlarovların həyətində çoxlu qoyun-quzusu, mal-qarası var. Yəqin ki, heyvana görə gəlib. Həmin vaxt ailənin kiçik qızı, 11 yaşlı Aygün həyətdə olub, valideynləri isə tövlədə heyvanları bağlayırmış”.

İcra nümayəndəsi deyir ki, canavar həyətə daxil olanda orada işıq yanırmış: “Canavar uşağı görən kimi üstünə cumub. Aygün qaçıb girib evə. Arxasınca da canavar. Evdə Aygünün qardaşı, 1998-ci il təvəllüdlü Vüsal Şahmarov, bacılar, 1996-cı il təvəllüdlü Əfsanə Şahmarova və 1996-cı il təvəllüdlü Nurçiçək Şahmarova olub. Əvvəl evə girən heyvanın it olduğunu sanıblar. Bacısına kömək etmək istəyən V.Şahmarov arxadan canavarı boğmağa başlayıb. Bacıları isə heyvanın üstünə atılıblar. Ağırlıq altında qalan vəhşi tərpənə bilməyib. Sonra evdə olan odunla uşaqlar canavarın başına vuraraq onu öldürüblər”.

Qeyd edək ki, hadisə dünən saat 19.00 radələrində baş verib. Canavar Yusif Şahmarovun evinə soxulub. Bu zaman ev sahibinin 4 uşağını yaralayıb. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, yaraları sarılıb, quduzluq əleyhinə peyvəndlər vurulub. Yaralılardan 4 aylıq hamilə olan N.Şahmarovanın və digərlərinin vəziyyəti normaldır.

09.55

Ötən axşam Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 uşağını yaralayıb.

qaynarxett.az xəbər verir ki, kənd sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, dünən saat 19.00 radələrində canavar Yusif Şahmarovun evinə soxulub.

Onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında əlində vedrə ilə dayanıb həyətə baxırmış. Bu vaxt həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.

Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub.

Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.