backend

Damlanın QURMA TOY PLANI - Müğənni ikinci dəfə ərə getdi? - VİDEO - FOTO

Damlanın QURMA TOY PLANI - Müğənni ikinci dəfə ərə getdi? - VİDEO - FOTO














Sosial şəbəkədə müğənni Damlanın toy görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, müğənninin Rus Dram teatrının məşhur aktyoru Rüfət Nəzərovla toy görüntüləri yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Damlanın meneceri ilə əlaqə saxlasaq da nömrələrə zəng çatmayıb.

Qeyd edək ki, meneceri Damlanın sözügedən toy görüntülərini "Təbriklər, Damla, "Xoşbəxt ol, Damla" sözləri ilə paylaşıb.

Milli.Az-ın məlumatına görə, bu görüntülər, sadəcə, növbəti film çəkilişindəndir. Bu barədə həftələr öncə Damla qonağı olduğu "5/5"-də də məlumat vermişdi. O, "Qız qaçırtdı" komediya filminin ardınca növbəti filmin hazırlıqlarına başladıqlarını demişdi.

Məlum olan isə müğənninin komandasının yalan toy görüntüsü ilə sosial şəbəkə istifadəçilərini aldadaraq piar olunmasıdır.